19 May 2023 11:05
6565
Oxucu məktubları
A- A+

Teleməkanda kiçik sayılan heç nə olmamalıdır

 

Mən də bir çoxları kimi televiziya kanallarında adətən xəbərlər proqramlarını izləyirəm. O da yalnız bir telekanalda. Çünki birinə baxdınmı, başqalarını seyr etməyə ehtiyac olmur, hamısı bir-birinin təkrarıdır, lap xəbər saytları kimi. 
Bir də əksəriyyətimizin əsəblərinə toxunan kriminal xəbərlərin ekranlardan düşməməsidir. Bəlkə elə düşünürlər ki, bu, kriminalın qarşısını almağa xidmət edir. Əslində isə belə xəbərlər məktəbli uşaqlarda, gənclərdə kriminala maraq oyadır, onların "tilov"a düşməsinə yol açır. 
Qıcıqlandırıcı məqamlardan biri də ekranlarda çıxış edənlərin, müsahibə verənlərin adları və vəzifələrini bildirən titrlərin ekranlardan tez silinməsidir. Heç baş hərfini oxumağa macal tapmırsan. Yaxud da görürsən hansısa rayonun hansısa kəndindən reportaj gedir. Rayonun adı ekranda göstərilsə də, kəndin adı qeyd olunmur. Çox vaxt reportyor da kəndin adını deməyi ya unudur, ya da elə səsləndirir ki, anlamaq olmur. 
Ola bilər ki, sadaladığımız bu hallar verilişləri hazırlayanlar üçün kiçik texniki irad kimi görünsün. Lakin bizə elə gəlir ki, teleməkanda kiçik heç nə olmamalıdır. 

Tahir BABAYEV,
Bakı sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video