23 Aprel 2026 08:45
176
İQTİSADİYYAT
A- A+
Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 


Bu gün bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri ekoloji tarazlığın pozulması və bunun doğurduğu fəlakətlərdir. İqlim dəyişmələri, havanın çirklənməsi, təbii resursların tükənməsi kimi hallar artıq qlobal miqyasda özünü göstərir. Belə bir şəraitdə insanlığın bu təhlükələrdən xilas olmasının əsas yollarından biri  yaşıllıqları artırmaq, meşələri genişləndirməkdən ibarətdir. 

Eyni zamanda hər bir fərdin təbiətə qarşı məsuliyyətli davranması, ağacəkmə və təbii sərvətləri qorumağa diqqət yetirməsi də vacibdir. Bu kiçik, amma davamlı addımlar uzun müddətdə böyük ekoloji nəticələrə yol açır. Belə bir vəziyyətdə həm ekoloji tarazlığı qorumaq, həm də sağlam həyatımızı təmin etmək üçün meşələrə və yaşıllıqlara xüsusi diqqət yetirmək zərurəti daha da artır. Sənayeləşmənin sürətlə getdiyi indiki zamanda oksigen udmaq,  nəfəs almaq  çətinləşir. Bu səbəbdən "yaşıl ciyər"lərimiz hesab olunan meşələrin qorunması və artırılması hər birimizin üzərinə düşən ən vacib vəzifələrdəndir. Bizim də ağciyərlərimizin normal və sağlam fəaliyyəti  xeyli dərəcədə bu "yaşıl çətir"dən asılıdır, rahat nəfəs almağımız üçün ona ehtiyacımız çoxdur. Bu neməti əldən vermək olmaz. İnsan təkcə təbiətə deyil, özünə də qənim kəsilməyə son  qoymalıdır.  Ağaclar oksigen mənbəyi olaraq iqlimin tənzimlənməsində, biomüxtəlifliyin qorunmasında  mühüm rol oynayırlar.  

Ağaclar, yaşıllıqlar təbiətin ayrılmaz və ən vacib hissələrindəndir. Yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhvali-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amilə bağlıdır. Təəssüf ki, aramızda ağaclara laqeydlik nümayiş etdirənlər yox deyil. Hətta toplumda susuzluqdan yanan ağacı görəndə "mənə nə, qoy bu sahə ilə məşğul olanlar  əncam çəksinlər" deyən adamlar da var. Bəziləri isə onlara, daha doğrusu, təbiətin "ağciyər"inə əl qaldırmaqdan sanki ləzzət alırlar. Amma dərk etmirlər ki, bununla yalnız ağaca deyil, özlərinin sabahına və təbiətin harmoniyasına balta çalırlar. Bəlkə də bu gün danışıq dilində işlətdiyimiz "oturduğu ağaca balta çalmaq" ifadəsi buradan qaynaqlanıb. Ulu Öndər  Heydər Əliyev deyirdi:  "Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir". Bu  o deməkdir ki, ağaca vurulan zərər, sadəcə, təbiətə deyil, bütövlükdə insana, onun həyatına və gələcəyinə vurulan zərbə kimi qiymətləndirilməlidir, yəni  bir ağac insanın bir parçası qədər qiymətlidir və qorunmağa layiqdir.

Nə yaxşı ki, ağaclara etinasız, laqeyd, soyuq  yanaşanlar çox deyil. Qədim yunan əfsanəsində deyilir ki, hər bir cavan evlənməzdən əvvəl yeddi zeytun tingi basdırıb onu bar verənə qədər becərməli və sonra evlənməlidir.  Azərbaycanda da bənzər ənənələr olub. Dünyaya gələn uşağın adına ağac əkiblər. Kimsə uzaq səfərə çıxanda ağac əkib və o, geriyə dönənə qədər həmin ağacı bəsləyiblər və s. Nə xoş ki,  bu gün də ağacəkmə ənənələrini yaşadanlara - rəsmi dövlət qurumlarından tutmuş ayrı-ayrı fərdlərə qədər - şahidlik edirik. Və əlbəttə ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyildi. Ən maraqlısı odur ki,  Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi dünyada bir ilk idi. 

Bu və bənzər ideyaların təsiri nəticəsində cəmiyyətdə ağacəkmə və yaşıllığın qorunması istiqamətində daha fəal yanaşma formalaşdı, təşəbbüs kağız üzərində qalmadı. Ölkəmizdə yaşıllaşdırma işlərinə verilən önəm daha da artdı, ağacəkmə aksiyaları geniş vüsət aldı. Son illər müxtəlif bölgələrdə keçirilən ağacəkmə aksiyaları artıq təkcə bir kampaniya deyil, həm də gələcək nəsillərə sağlam mühit miras qoymaq istəyinin bariz nümunəsidir. Artıq insanlar anlayırlar ki, əkilən hər  ağac sabahın təmiz havası, sağlam həyatı deməkdir. Ağacəkmə yalnız bir ting basdırmaqdan ibarət deyil. Bu həm də təbiətə sevginin, məsuliyyətin və gələcəyə inamın ifadəsini əks etdirir. Torpağa sancılan çubuq  illər sonra böyüyərək həm kölgə, həm oksigen, həm də həyat mənbəyinə çevrilir. Xüsusilə gənc nəslin bu prosesə cəlb olunması onların ekoloji düşüncəsinin formalaşmasına müsbət təsir göstərir.

Bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü tədbirlərin davamı olaraq ölkəmizdə beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən ekoloji layihələr  diqqət çəkir. Belə təşəbbüslər nəticəsində yaşıllaşdırma işlərinin miqyası daha da genişlənir və konkret aksiyalarla özünü göstərir. Növbəti mühüm addımlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ICESCO-nun Bakı Regional Ofisinin birgə əməkdaşlığı, eləcə də Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müşfiqabad qəsəbəsində iki gün öncə həyata keçirilən ağacəkmə aksiyasıdır. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış 300-dən çox Eldar şamı və zeytun tingi əkilib.

Qeyd edək ki, bu aksiya ICESCO-nun Bakı Regional Ofisinin fəaliyyət coğrafiyasına daxil olan Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanda ekologiya sahəsində fəaliyyət göstərən qurumlarla tərəfdaşlıq şəraitində həyata keçirilən "Yaşıl budaqlar" regional ağacəkmə kampaniyası çərçivəsində baş tutub. "Yaşıl budaqlar" təşəbbüsü yaşıllıq sahələrinin genişləndirilməsini, ekoloji tarazlığın qorunmasına töhfə verilməsini və ətraf mühitin mühafizəsi istiqamətində ictimai maarifləndirmənin gücləndirilməsini hədəfləyir.

Bu kimi təşəbbüslər göstərir ki, ekoloji məsuliyyət təkcə dövlət qurumlarının deyil, həm də ictimai birliklərin və gənclərin ortaq missiyasına çevrilib. Yaşıllaşdırma istiqamətində atılan hər bir addım gələcəyin daha sağlam və dayanıqlı mühitinə xidmət edir. Əkilən hər ağac isə həm təbiətə qayğı, həm də gələcək nəsillərə verilən dəyərli bir töhfə kimi yadda qalır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!