23 Aprel 2026 08:30
179
SİYASƏT
A- A+
Reallıq, yoxsa revanşizm 

Reallıq, yoxsa revanşizm 


Ermənistandakı seçkiöncəsi ideoloji savaş dərinləşir


Ermənistanın Baş naziri Nikol Paşinyan seçki proqramını təqdim edib. Sənəddə Ermənistan və region üçün sülh dövrünün açılması əsas missiya kimi müəyyən edilib. Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının yeni inkişaf mərhələsi yaratdığı və qarşıdan gələn seçkilərdə bu istiqamətin davam etdirilməsi əsas məqsəd kimi qiymətləndirilib. Seçki proqramının əsasını isə "Real Ermənistan" konsepsiyası, eləcə də ölkənin iqtisadi və institusional transformasiyası təşkil edir.

Mövzu ilə əlaqədar qəzetimizə danışan Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, Nikol Paşinyan tərəfindən təqdim olunan yeni seçki proqramında yer alan "Real Ermənistan" konsepsiyası daha praqmatik təsir bağışlayır. Bu konsepsiyanın nə vəd etdiyi və hansı nəticələr doğura biləcəyi həm ölkə daxilində, həm də regionda ciddi müzakirə mövzusudur. "Paşinyan bildirib ki, Vətəndaş Müqaviləsi partiyası ən vacib missiyasını yerinə yetirib, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və ölkəsi dinc inkişaf dövrünə qədəm qoyub. Onun sözlərinə görə, əgər Qarabağ hərəkatı davam etdirilərsə, bu, Azərbaycanla münaqişənin yenilənməsi və sülhün mümkün olmadığı anlamına gələcək. Baş nazir inandırmağa çalışıb ki, "Real Ermənistan" ideyasının mərkəzində emosional və tarixi iddialardan daha çox mövcud reallıqların qəbul edilməsi dayanır. Bu, ilk növbədə, Ermənistanın təhlükəsizlik siyasətindəki dəyişiklikləri, qonşularla münasibətlərin normallaşdırılmasını və iqtisadi inkişaf kimi istiqamətləri əhatə edir. Paşinyan hökuməti açıq şəkildə bildirir ki, ölkənin gələcəyi uzunmüddətli münaqişələrdə deyil, sabitlik və inteqrasiyada axtarılmalıdır", - deyə deputat bildirib.

Nigar Məmmədova deyib ki, bu konsepsiyanın ən diqqətçəkən tərəfi regional münasibətlərə yanaşmadır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət fonunda Ermənistanın daha realist siyasət yürütməsi zərurəti yaranmışdır. Bu kontekstdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prioritet kimi təqdim olunur. Bu isə revanşistlərin mövqeyi ilə ziddiyyət təşkil edir. Amma Paşinyan və komandası anlayır ki, kommunikasiyaların açılması Ermənistanı tranzit ölkəyə çevirə və iqtisadi artımı sürətləndirə bilər. Lakin bu yanaşmanın uğuru böyük ölçüdə siyasi sabitlik və qonşu ölkələrlə əldə olunacaq razılaşmalardan asılıdır.

N.Məmmədova vurğulayıb ki, bununla yanaşı, konsepsiya müəyyən riskləri də özündə ehtiva edir: "Ən böyük çətinlik daxili ictimai rəyin transformasiyasıdır. Uzun illər formalaşmış narrativlərin dəyişdirilməsi, təbii ki, asan proses deyil. Revanşist qüvvələr artıq bu siyasəti tənqid edərək onu "güzəştlər toplusu" kimi təqdim etməyə çalışırlar. Burada Paşinyandan ciddi qətiyyət gözlənilir. Belə ki, "Real Ermənistan" konsepsiyası uğur qazanarsa, ölkə üçün yeni inkişaf imkanları yarana bilər. Əks halda daxili siyasi böhran daha da dərinləşəcək". 

Deputat yekunda qeyd edib ki, yeni konsepsiyanın taleyi yalnız seçki nəticələrindən deyil, həm də Ermənistan cəmiyyətinin yeni reallığı nə dərəcədə qəbul etməsindən asılı olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!