23 Aprel 2026 08:15
190
SİYASƏT
A- A+
Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır


Cənubi Qafqazda sülhün qurulması üçün real imkanların yarandığı, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin irəlilədiyi bir dövrdə bəzi Avropa dövlətlərinin atdığı addımlar bu prosesi dəstəkləmək əvəzinə, ona kölgə salır. Xüsusilə, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr bu baxımdan ciddi suallar doğurur.

Milli Məclisin komitə sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, birincisi, belə qətnamələr sülhə xidmət etmir, əksinə, onlar regionda yeni formalaşan etimad mühitini zədələyir: "Sülh prosesi emosiyalar üzərində deyil, qarşılıqlı hörmət və balanslı yanaşma üzərində qurulmalıdır. Xarici aktorların birtərəfli mövqeləri isə tərəflər arasında dialoqu çətinləşdirir, kompromis imkanlarını zəiflədir. Əgər doğrudan da məqsəd regionda sabitlik yaratmaqdırsa, onda bu cür siyasi addımlar ya yanlış hesablanıb, ya da şüurlu şəkildə prosesə təsir etmək yolu seçilib".

Deputat qeyd edib ki, ikinci mühüm məsələ - tarix və siyasi yaddaşdır. Bu gün insan hüquqları mövzusunda yüksək tonla çıxış edən bəzi ölkələrin öz keçmişlərinə nəzər salmaq kifayətdir ki, hər şey aydınlaşsın. Belçikanın Konqoda apardığı siyasət və ya Niderlandın müxtəlif regionlarda həyata keçirdiyi kolonial idarəçilik tarix kitablarında qara səhifələr kimi qalır. Bu faktlar heç də uzaq keçmişə aid deyil və onların nəticələri indi də hiss olunur. Belə bir tarixi fon üzərində başqalarına insan hüquqları dərsi keçmək, ən azı ciddi suallar doğurur. Bu, prinsipiallıqdan daha çox selektiv yanaşma təsiri bağışlayır. "Üçüncü aspekt - zamanlama məsələsidir. Ermənistan daxilində siyasi proseslərin aktiv olduğu, seçki ərəfəsinin yaxınlaşdığı bir dövrdə bu cür qətnamələrin qəbulu təsadüfi görünmür. Bu, daxili siyasi gündəmə dolayı təsir cəhdi kimi də qiymətləndirilə bilər. Xarici qüvvələrin belə həssas məqamda balanssız mövqe nümayiş etdirmələri nə regiona, nə də Avropanın öz maraqlarına xidmət edir. Çünki Avropanın strateji marağı sabit və proqnozlaşdırıla bilən qonşuluq mühiti ilə bağlı olmalıdır, yeni gərginlik ocaqları yaratmaq yox. Burada daha geniş bir məqama da toxunmaq lazımdır. Bu gün Avropa İttifaqı və onun aparıcı ölkələri özlərini qlobal dəyərlərin daşıyıcısı kimi təqdim edir. Lakin bu dəyərlərin tətbiqində ardıcıllıq və ədalət prinsipi pozulduqda, həmin dəyərlərin inandırıcılığı zəifləyir. Əgər beynəlxalq hüquq prinsipləri selektiv şəkildə tətbiq olunursa, bu, artıq hüquq deyil, siyasi alətə çevrilir. Bu isə beynəlxalq münasibətlər sistemində etimadı sarsıdır", - deyə komitə sədri əlavə edib.

Ş.İsmayılov deyib ki, Cənubi Qafqazda sülh üçün əsas məsuliyyət region ölkələrinin üzərinə düşür. Azərbaycan artıq postmünaqişə dövründə normallaşma üçün konkret təşəbbüslərlə çıxış edib: sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, qarşılıqlı tanınma prinsipləri əsas götürülməlidir. Bu təşəbbüslər real sülh gündəliyinin əsasını təşkil edir. Xarici tərəfdaşlardan gözləntilər isə bu prosesi dəstəkləməkdir, onu siyasiləşdirmək deyil.

Deputat vurğulayıb ki, sülh prosesi həssasdır və məsuliyyətsiz bəyanat, birtərəfli qərar bu prosesi geri ata bilər. Əgər Belçika və Niderland həqiqətən də regionda sabitlik və təhlükəsizlik istəyirlərsə, onda onlar balanslı, obyektiv və konstruktiv mövqe nümayiş etdirməlidirlər. Əks halda, bu cür addımlar nə sülhə, nə də onların beynəlxalq nüfuzuna xidmət edəcək. Çünki sülh bəyanatlarla deyil, ədalətli yanaşma və qarşılıqlı hörmətlə qurulur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!