Tarixi Viktoriya və Albert Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan Viktoriya və Albert Muzeyinin "Rafael" qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Böyük Britaniyaya səfəri zamanı tədbirin təşkil olunduğu bu məkanda konsertdə iştirak etmiş və çıxış etmişdi. Ümummilli Lider bu tarixi salonda Azərbaycan musiqisi və incəsənətinin təqdim edilməsinin vacibliyini vurğulamışdı. Həmin əlamətdar tarixi məqam mayın 25-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirə daha bir özəllik verirdi.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Böyük Britaniya Parlamentinin İcmalar palatasının deputatları, lordlar, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun üzvləri, özəl sektorun nümayəndələri, tanınmış ictimai xadimlər, Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi və konsert proqramı təqdim edilib. Sərgidə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə dair, Azərbaycan tarixinin əsas hadisələri, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri haqqında foto və məlumatlar yer almışdı.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dünyada mövqeyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin genişləndirilməsi istiqamətindəki müstəsna xidmətlərindən danışıb.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxışında Heydər Əliyevi müasir Azərbaycanın qurucusu və çiçəklənməsinin səbəbkarı adlandırıb.
Konsert proqramında Böyük Britaniyada yaşayan Azərbaycan skripkaçısı Nəzrin Rəşidovanın yaratdığı, 25 ölkənin nümayəndələrinin cəmləşdiyi "FeMusa" kamera orkestri, Əməkdar artist, tarzən Sahib Paşazadə, Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Səbinə Rakçeyeva çıxış ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!