Tanınmış xanəndə Qədir Rüstəmov son mənzilə yola salınmışdır
Dekabrın 15-də milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov son mənzilə yola salınmışdır.
Vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Salonda sənətkarın vaxtı ilə ifa etdiyi unudulmaz xalq mahnıları, həmçinin həzin matəm musiqisi səslənirdi.
Qədir Rüstəmovun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz ifalarının pərəstişkarları axın-axın Musiqi Akademiyasının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq demişdir ki, Qədir Rüstəmov Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir cığır açmışdır. Xalqımızın istəklisi Qədir Rüstəmovun klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.
Nazir vurğulamışdır ki, Qədir Rüstəmovun Azərbaycan ifaçılığında heç kəsin qalxa bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan muğam sənətinin beşiyi sayılan Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Qədir Rüstəmov milli musiqi xəzinəmizi çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirmişdir. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Qədir Rüstəmov olmaq yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçirdi. Qədir Rüstəmov olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə aşiqlik dururdu.
Ə.Qarayev demişdir ki, unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yeni bir tükənməz sevgi qazanmışdır. Sənətkarın son dərəcə məharətlə oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər dəfə səslənəndə qəlblərdə kövrək duyğular və səmimi hisslər oyadır.
Diqqətə çatdırılmışdır ki, Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Nazir mərhumun ailəsinə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından başsağlığı vermişdir.
Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artistləri Siyavuş Kərimi və Arif Babayev Qədir Rüstəmovun bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışmışlar.
Bildirilmişdir ki, Qədir Rüstəmov musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Qədir səsi, Qədir ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.
Mərhumun ailəsi adından çıxış edən oğlu Rüstəm Rüstəmov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!