08 Avqust 2025 08:50
630
İQTİSADİYYAT
A- A+
Süni intellekt aqrar sektora da ayaq açır

Süni intellekt aqrar sektora da ayaq açır


Xaçmazda “Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib


Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Bootcamp” həyata keçirilib.

“Bootcamp”ın əsas məqsədi gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, aqrar innovasiyaların praktik mühitdə öyrənilməsi, iri ixtisaslaşmış şirkətlər, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də tələbələr arasında təcrübə mübadiləsinin təmin olunmasıdır.

Xaçmaz rayonunda yerləşən “Food City Agrocomplex”in ərazisində təşkil olunan “Bootcamp”da “İnformasiya texnologiyaları”, “Aqronomluq”, “Elektronika”, “Qida elmləri”, “Kompüter mühəndisliyi” və “Data analitikası” ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər. İki gün davam edən tədbirə 20-yə yaxın ali təhsil müəssisəsindən 30 tələbə, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri qatılıblar. İştirakçılar aqrar sahədə süni intellektin tətbiqi üzrə yerində təcrübə qazanmaq imkanı əldə ediblər.

“Bootcamp”ın rəsmi açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ,“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev və Biznesin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov çıxış edərək tələbələrə aqrar sahədə süni intellektin tətbiqi, rəqəmsal texnologiyaların üstünlükləri və sahənin gələcək inkişaf perspektivləri haqqında  məlumat veriblər. Çıxışlar zamanı aqrar təhsilin müasirləşdirilməsi, gənclərin bu sahəyə cəlb olunması və innovasiyaların bölgələrə inteqrasiyası kimi məsələlərə də toxunulub. Rəqəmsal transformasiyanın fermerlərin məhsuldarlığına, resurslara qənaətə və ixrac imkanlarına təsiri xüsusi vurğulanıb. Çıxışçılar gənclərin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edərək onları innovasiya əsaslı layihələrdə daha fəal iştirak etməyə çağırıblar. Görüş zamanı tələbələrin gələcəkdə bu sahədə uğurlu karyera qurması üçün praktiki bilik və real layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də ixtisaslaşmış aqrar şirkətlərin nümayəndələri tərəfindən praktik təqdimatlar və nümayişlər keçirilib. İştirakçılar “Şabran Aqroturizm Mərkəzi” innovativ təsərrüfatına, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, institutun “Ağıllı bağ” meyvəçilik sahəsinə, “Amoris” və “Firdevs” innovativ təsərrüfatlarına səfər ediblər. İnfoturlar zamanı təsərrüfatlarda tətbiq olunan rəqəmsal həllər, sensor texnologiyalar və süni intellekt alqoritmləri üzrə praktik məlumatlar təqdim olunub.

 “Bootcamp” iştirakçılarına eyni zamanda Xaçmazda keçirilən Aqrar Biznes Festivalında və Şaftalı Festivalında iştirak imkanı yaradılıb. Festival çərçivəsində tələbələr aqrar sahənin ekosistemi, yerli istehsal və regionun aqroturizm potensialı ilə yaxından tanış olublar. Tədbirin əsas məqsədi gənclər arasında kənd təsər-rüfatı sahəsinə marağın artırılması, süni intellekt və texnologiyaların aqrar sektorda tətbiqinin təşviqi, eləcə də bilik və bacarıqların real təsərrüfat mühitində möhkəmləndirilməsinə şərait yaratmaqdır.


A.ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!