06 May 2025 01:43
1711
Fərmanlar
A- A+
"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 28.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə uyğun olaraq, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli    183-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 201 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.1.4-cü maddəsində birinci halda, 7.2-ci, 12.5-ci, 13.2-ci, 15.1.3-cü, 19.1-ci, 25.3-cü və 26-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 28.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.".

4. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118 (Cild I) 1.4-cü bəndində "28-ci" sözləri  "28.1-ci" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

Çexiyada yanacaq qiymətlərinə dövlət nəzarəti

18:33
15 Aprel

“AzerGold”da fövqəladə hallar üzrə maarifləndirmə tədbiri keçirilib

18:21
15 Aprel

“Tesla”dan FSD istifadəçiləri üçün yeni mobil həll  

18:12
15 Aprel

Yeni “Google Gemini” təqdim edilib

18:01
15 Aprel

Kahramanmaraş məktəbinə hücum edənin atası saxlanılıb YENİLƏNİB 2

18:00
15 Aprel

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib  

17:57
15 Aprel

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi iki ayda 47,1 milyon dollar təşkil edib  

17:56
15 Aprel

Putin: Rusiyada iqtisadi göstəricilərin trayektoriyası gözləntilərdən aşağıdır  

17:55
15 Aprel

İran Qırmızı dənizi, körfəzləri bağlamaqla hədələyib

17:45
15 Aprel

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb  

17:25
15 Aprel

Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək

17:18
15 Aprel

2030-cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

17:12
15 Aprel

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib

17:05
15 Aprel

ABŞ Prezidenti: İranla müharibə bitməyə çox yaxındır

17:04
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!