08 Fevral 2025 08:55
599
İQTİSADİYYAT
A- A+
SOCAR - "Tatneft" əməkdaşlığı

SOCAR - "Tatneft" əməkdaşlığı


Bu əməkdaşlıqdan başlanan əlaqələr enerji sektorunun digər sahələrini də əhatə edəcək


Son illər Azərbaycan və Tatarıstan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində  mühüm addımlar atırlar. SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Tatneft" Publik Səhmdar Cəmiyyəti (PSC) arasında başlanan işgüzar əlaqələr getdıkcə enerji sektorunun digər sahələrinə də şaxələnir.  

Bu yaxınlarda Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də  məhz bu məqsədə xidmət edirdi.  Belə ki, Energetika naziri Pərviz Şahbazovun nümayəndə heyəti ilə  görüşündə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı barədə söhbət gedib. Eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələri obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib. Qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə olunub. Həmçinin Azərbaycan tərəfi bu ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.

Tatarıstanlı qonaqlarla SOCAR-ın prezidenti Rövşən Nəcəf də görüşüb. Söhbət zamanı SOCAR-la "Tatneft" arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.

Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib. SOCAR-la Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. 

Xatırladaq ki, keçən ilin mart ayında SOCAR-la "Tatneft" arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanmışdı. Bu şirkətlərin rəhbərləri insan kapitalının inkişaf etdirilməsi,  həmin istiqamət üzrə perspektiv birgə hədəflər barədə müzakirələr aparmışdılar. Bunun ardınca, may ayında isə SOCAR və "Tatneft" arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanmışdı. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

"SOCAR ilə bizim çox sıx əməkdaşlığımız var. Biz indi "Bibiheybət" yatağında işləri aparmağa hazırlaşırıq, burada SOCAR-dan olan həmkarlarımızla birlikdə mövcud texnologiyaların tətbiqi ilə məşğul olacağıq". O zaman "Tatneft"in rəhbəri Nail Maqanov Almetyevskdə keçirilən V Beynəlxalq Neft-Qaz Gənclər Forumunun iştirakçıları ilə neft şirkətlərinin ənənəvi "Bərabərhüquqlu dialoq" sammitində belə demişdi. Şirkətin rəhbəri nəzərə çatdırmışdı ki,  "Bibiheybət"  Azərbaycanın ən qədim yataqlarından biridir. Həmçinin  əlavə etmişdi ki, "Tatneft" Türkiyədə də SOCAR ilə birgə işləyir və neft-kimyanın inkişafı və neft emalı zavodlarının yenidən qurulması sahəsində fəal iş aparır: "Biz həmkarlarımızla bu sahələr üzrə birgə işləməkdən məmnunluq duyuruq".

Qeyd edək ki, "Tatneft" Rusiyanın beynəlxalq aləmdə tanınmış və qəbul edilmiş neft şirkətlərindəndir. Bu nəhəng istehsalat kompleksində neft və qaz yataqlarının geoloji kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı və emalı, maşınqayırma, neft kimyası, yanacaqdoldurma, şin buraxılışı sahələri birləşib. "Tatneft" eləcə də maliyyə (bank və sığorta) sektoru şirkətlərinin kapitalında iştirak edir.

Şirkət Rusiyanın bir çox ərazilərində neft-qaz yataqlarının öyrənilməsi, kəşfiyyatı və karbohidrogenlərin hasilatı ilə məşğul olsa da, əsas fəaliyyət məkanı Tatarıstandır. "Tatneft"in respublikada və onun hüdudlarından kənarda yataqların geoloji cəhətdən öyrənilməsi üçün   çoxsaylı  lisenziyaları  var. Şirkət indiyədək  "Yeni Yelxov", "Bavlin", "Boncyuk", 

"1 May", "Sabaçin" də daxil olmaqla 100-dən çox yataqda iş aparıb. Bununla belə, əsas ehtiyat mənbələri dünyanın ən böyük yataqlarından olan "Romaşkin"də yerləşir. Şirkət ümumi hasilatının böyük hissəsini bu yataqdan əldə edir.

Yataqlarının coğrafi cəhətdən bir-birinə yaxınlığı, özünün emal və generasiya qurğularının, neftin və digər məhsulların satışı üçün logistikasının olması şirkətin biznesinə müsbət təsir göstərir. Belə ki, "Tatneft" dünyanın onlarla ölkəsinə məhsul ixrac edir. Şirkətin neft emalı məhsulları Rusiyanın müxtəlif  regionunda satılır. Şirkət neft-qaz hasilatının rentabelliyinin, istehsal həcmlərinin, emal məhsullarının satışının artırılması, əməliyyat xərclərinin azaldılması, sərmayələrin səmərəliliyinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim yeni təşəbbüslər irəli sürür.

Sabit inkişafa və neft hasilatının getdikcə artmasına təkan verən həm də şirkətin böyük istehsalat təcrübəsi, müasir texnologiyalar və elmi-texniki potensialdır. Neft hasilatının biznes-planlaşdırılması, yataqların işlənməsi proseslərinin sürətləndirilməsi və iqtisadi cəhətdən daha səmərəli geoloji-texniki tədbirlərin həyata keçirilməsi üçün burada mövcud olan modellər əsasında modelləşdirmə mərkəzi yaradılıb.

Bir sözlə, "Tatneft"in fəaliyyəti çoxşaxəlidir. Qısaca desək, onun neft quyusundan başlanıb benzindoldurma məntəqəsində sona çatan fəaliyyət zənciri var.

Şirkət  digər ölkələrdəki həmkarları ilə əməkdaşlığı getdikcə genişləndirir. 2019-cu ildə "Tatneft" Bakıda keçirilən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində və Konfransında ilk dəfə iştirak etdi. O vaxt "Bakı-Ekspo" Mərkəzində  adıçəkilən sərgi zamanı şirkətin nümayəndəsi qəzetimizə müsahibəsində demişdi: "Tatneft" əməkdaşlığa açıq şirkətdir. Bir sıra birgə layihələrimiz var və indi yeniləri üzərində də işləyirik. Türkmənistan, Özbəkistan, Qazaxıstan neftçiləri ilə sıx əlaqələrimiz var. Azərbaycanlı həmkarlarımızla da əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Açığı, bizi bu sərgiyə SOCAR dəvət edib. Biz 

SOCAR-ın nümayəndələri ilə Özbəkistanda keçirilən analoji sərgidə tanış olduq. Dəvəti də elə orada aldıq. Düşünürəm ki, əməkdaşlığımız çox faydalı olacaq. Çünki həm Azərbaycan, həm Tatarıstan neft-qaz sektorunda zəngin təcrübə qazanıb və bilgilərimizin mübadiləsindən hər iki tərəf bəhrələnəcək. Artıq bu sahədə müəyyən razılaşmalara gəlmişik və danışıqları davam etdiririk".

İndi bu səylər öz bəhrəsini verməyə başlayıb. Tatarıstan nümayəndə heyətinin bu ayın əvvəlində Bakıya sözügedən növbəti səfəri də bunu bir daha təsdiqlədi.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!