Şuşa zəfəri korifeylərimizin ruhunu şad etdi
Şuşa deyəndə göz önündə həm də onun görkəmli şəxsiyyətləri canlanır. Təbii ki, sıralamanın önündə dahi Üzeyir bəy Hacıbəyli olmaqla şeirləri və xeyriyyəçiliyi ilə ad çıxarmış Xan qızı Natəvan, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli və saymaqla bitməyən yüzlərlə görkəmli elm, sənət, ədəbiyyat, mədəniyyət xadimləri, maarifçilər gəlir. Bu böyük şəxsiyyətlərin ardınca Şuşanın əsrarəngiz təbiəti - Cıdır düzü, İsa bulağı, Topxana meşəsi, ucsuz-bucaqsız təbiət möcüzələri göz önündən keçir.
Qədim mədəniyyət ocağı
Şuşa tarixən Azərbaycanın mədəniyyət ocağı olub. 1752-ci ildə bünövrəsi Qarabağ xanı Pənahəli tərəfindən qoyulan şəhər sənətkarlıq sarıdan korluq çəkməyib. Onu qurub yaradanlar da sənətkarlar olub. Şuşada 17 məhəllə yaradılıb. Şəhər sonradan sənətkar məhəllələrinə çeşidlənib. Hər məhəllə müxtəlif sənətkarlıqla məşğul olub.
XIX əsrdən isə Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Müxtəlif vaxtlarda bu səbəbdən Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırıblar.
Sovet vaxtı Şuşa şəhəri mənəvi işğala məruz qalıb. 1950-ci illərdə Şuşanın girəcəyində erməni qızının simvolik heykəli qoyulmuşdu. Şuşanın mərkəzində isə Nelson Stepanyanın heykəli var idi. Azərbaycana yüzlərlə dahi yetirən Şuşada onlardan birinin belə heykəli gözə dəymirdi. Şuşa yavaş-yavaş Azərbaycan simasını itirməkdə idi. Yalnız Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra vəziyyət dəyişib, Şuşada Üzeyir bəy Hacıbəylinin heykəli qoyulub, muzeyi açılıb, Natəvanın, Bülbülün heykəlləri ucaldılıb. Mir Möhsün Nəvvabın məzarı bərpa olunub.
1982-ci ildə isə Şuşada Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. Türbə Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə yerləşir. Həmin il Heydər Əliyevin Şuşaya səfərləri ümumxalq bayramına çevrilmişdi.
Vandalların tariximizə etdiyi qəsd
1992-ci il may ayının 8-də ermənilər Şuşanı işğal etdikdən sonra 28 il ərzində şəhəri, onun tarixini, mədəniyyətini yox etməyə, özününküləşdirməyə çalışıblar.
Azərbaycanlıların Şuşadakı ən son izlərini də silməyə çalışmaqla onun tarixinə qəsd ediblər. Vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerləyeksan ediblər. 7 bağçanı, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir bəy Hacıbəylinin (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
İşğalçılar dahi Üzeyir bəy Hacıbəylinin, Natəvanın, Bülbülün Şuşadakı heykəllərini əridib satmaq istəyirdilər. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Azərbaycan ədəbiyyatına və tarixinə güllələnmiş şəhərdən çıxarılan o heykəllər “Güllələnmiş heykəllər” kimi düşdü.
İşğal dövründə ermənilər Şuşa şəhərinin Azərbaycana məxsus olduğunu təsdiq edən izləri silməyə və saxtalaşdırmağa çalışdılar. Amma buna nail ola bilmədilər. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Şuşanı erməni vandallarının işğalından azad etdi. Şuşanın düşmən tapdağı altında olduğu müddətdə quruyan bulaqları azad olduqdan sonra yenidən çağladı, öz sakinlərini - azərbaycanlıları qarşıladı.
Canlanan Şuşa
İndi Şuşada quruculuq işləri gedir. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə həmin güllələnmiş heykəllər öz yerlərinə qaytarılıb. Molla Pənah Vaqifin məqbərəsi üzərində bərpa işlərinə start verilib. Korifey şuşalıların hər birinin ev-muzeyləri, heykəlləri yenidən əvvəlki görkəmini alacaq.
Mayın 12-si və 13-də Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi. Həmin gün öz doğmalarını qarşılayan yalnız Şuşanın əsrarəngiz təbiəti, bulaqları, ruhu deyildi, onların səfində Şuşanın görkəmli şəxsiyyətlərinin, dahilərinin ruhları da vardı. Əhməd Ağdamskinin, Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Sürəyyə Ağaoğlunun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Xan Şuşinskinin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Lətif Səfərovun və digər görkəmli şəxsiyyətlərin ruhları Şuşa səmalarında günəş kimi parlayırdı. Şuşanın işğaldan azad olunub yenidən canlandırılması əbədi orada olan ruhları da şad etmişdi.
R.QURBANLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyy...
04 May
Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər...
04 May
Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
04 May
Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir
04 May
Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq
04 May
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar...
04 May
Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
04 May
Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
04 May
Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb
04 May
Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!