18 Sentyabr 2026 16:58
527
İQTİSADİYYAT
A- A+
Sentyabrın 18-də Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.  

Sentyabrın 18-də Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.  


Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Dövlət Turizm Agentliyinin təmsilçiləri, eləcə də şərab istehsalçıları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 19-20-də Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalı ərəfəsində təşkil olunan konfransda Azərbaycanda üzümçülük və şərabçılığın mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri, yeni üzüm bağlarının salınması, aqrar dəstək mexanizmləri və subsidiyalar, istehsalın və ixrac imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışlarda bildirilib ki, son illərdə üzümçülük sahəsində yeni bağların salınmasına marağın artması bu istiqamətdə müsbət dinamikanı göstərir. Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olan məlumatlarına əsasən, ölkə üzrə üzüm bağlarının ümumi sahəsi 14 min 872,1 hektar, bar verən yaşda olan sahə isə 14 min 269,6 hektar təşkil edir. 2025-ci ildə 197,9 hektar yeni üzüm bağı salınıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin il ölkə üzrə 152 min 96 ton üzüm məhsulu yığılıb və orta məhsuldarlıq 106,6 sentner/ha təşkil edib. Bu rəqəmlər üzümçülükdə istehsal potensialının olduğunu göstərir.

Diqqətə çatdırılıb ki, bundan sonrakı mərhələdə əsas məsələ yalnız sahələrin genişləndirilməsi və istehsalın artırılması olmamalıdır. Eyni zamanda məhsuldarlıq, keyfiyyət və iqtisadi səmərəlilik yüksəldilməlidir.

Çıxışlarda üzümçülüyə dövlət dəstəyi və subsidiyalardan da ətraflı bəhs olunub. Bildirilib ki, üzümçülüyün inkişafına dövlət dəstəyi mühüm rol oynayır. Son illərdə fermerlər üçün subsidiya mexanizmləri, kənd təsərrüfatı texnikası və avadanlıqlarının əldə edilməsinə dəstək, müasir suvarma sistemlərinin tətbiqi, intensiv və superintensiv bağların salınması istiqamətində müxtəlif dəstək alətləri tətbiq edilir. 2026-cı il üzrə subsidiya mexanizmində də üzümçülük üçün əhəmiyyətli dəstək nəzərdə tutulub. Müvafiq kateqoriyalı superintensiv texniki üzüm bağları üçün hər hektara 16 min 500 manat, digər ərazilərdə yeni intensiv üzüm bağları üçün 8 min manat subsidiya müəyyən edilib. İşğaldan azad edilmiş ərazilərdə superintensiv texniki üzüm bağları üçün 16 min 500 manat/ha, superintensiv süfrə üzümü bağları üçün isə 11 min manat/ha subsidiya nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasında super-intensiv üzüm bağları üçün 14 min 700 manat/ha, intensiv üzüm bağları üçün isə 12 min 500 manat/ha subsidiya müəyyən edilib. Bu mexanizmlər fermerin yeni bağ salmaq qərarını dəstəkləməklə yanaşı, müasir və daha məhsuldar bağçılıq modelinə keçidi də stimullaşdırır.

Vurğulanıb ki, üzümçülüyün inkişafını yalnız bağların salınması ilə məhdudlaşdırmaq olmaz. Üzüm bağından əldə olunan məhsulun emalı, qablaşdırılması, brendləşdirilməsi və bazara çıxarılması da eyni dərəcədə vacibdir. Bu baxımdan 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında şərab istehsalının təşviqinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi mühüm addımdır. Proqram çərçivəsində kiçik şərab istehsalı müəssisələrinin yaradılması və modernləşdirilməsinin təşviqi, şərab istehsalının dəstəklənməsi mexanizminin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.

Tədbir çərçivəsində üzümçülük təsərrüfatlarının inkişafına dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, şərab istehsalının artırılması, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, turizm və şərabçılığın inteqrasiyası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Konfransda çıxış edənlər tərəfindən üzümçülük və şərabçılıq sahəsində mövcud potensialın daha səmərəli istifadəsi, istehsalçıların dəstəklənməsi və sektorun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

20:43
18 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

20:34
18 Sentyabr

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

20:32
18 Sentyabr

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

20:28
18 Sentyabr

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

20:27
18 Sentyabr

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

20:25
18 Sentyabr

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

20:22
18 Sentyabr

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

20:01
18 Sentyabr

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

19:54
18 Sentyabr

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib1

19:53
18 Sentyabr

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

19:44
18 Sentyabr

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

19:39
18 Sentyabr

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

19:30
18 Sentyabr

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

19:23
18 Sentyabr

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!