13 İyul 2025 09:10
834
CƏMİYYƏT
A- A+
Sənədlər, faktlar, rəqəmlər

Sənədlər, faktlar, rəqəmlər


Erməni vandalizmini sübut edən kitabın Mingəçevirdə təqdimatı keçirilib


Mingəçevirdə "Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" kitabının I cildinin təqdimatı keçirilib.

Şəhər icra hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən tədbirdə çıxış edən ŞİH-in başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılov qeyd edib ki, Azərbaycan xalqı ötən əsrdə bir neçə dəfə ermənilər tərəfindən öz ata-baba yurdlarından deportasiya olunmuş, müxtəlif təzyiqlərə, soyqırımlarına məruz qalmışdır: "Sonuncu dəfə 1988-1989-cu illərdə ermənilər tərəfindən 200 mindən çox soydaşımız deportasiya olunaraq Qərbi Azərbaycandan qovulmuşlar. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaranmış və etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpasını qarşıya məqsəd qoymuşdur. 2022-ci il avqust ayının 3-də ictimai birliyin keçirdiyi yığıncaqda Qərbi Azərbaycan İcması yaradılmışdır. İcma eyni zamanda "Azərbaycan Qaçqınlar Cəmiyyəti"nin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. 2022-ci il dekabr ayının 24-də Prezident İlham Əliyev icmanın inzibati binasında yaradılan şəraitlə tanış olmuş və bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşmüşdür. Məhz bundan sonra "Qərbi Azərbaycan İcması" İctimai Birliyinin fəaliyyəti gücləndirilmişdir".

Natiq daha sonra bildirib ki, icmanın qarşısında duran vəzifələrdən biri Qərbi Azərbaycanda Azərbaycan xalqının yaratdığı tarixi mədəni irsin öyrənilib təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtması hüquqlarının təmin edilməsinə nail olmaqdır: "Bu baxımdan Qərbi Azərbaycan İcmasının rəhbəri dosent Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə professor Ədalət Vəliyevin ideya müəllifi olduğu sözügedən kitabın I cildi ərsəyə gəlmişdir. 5 cilddən ibarət olması nəzərdə tutulan bu tədqiqatlar seriyasının I, II, III hesabatlarında Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqları, IV hesabatda Qərbi Azərbaycanda məhv edilən məscidlər, V hesabatda isə Qərbi Azərbaycanda dağıdılan və məhv edilən pirlər və türbələr haqqında məlumatlar öz əksini tapacaqdır. Bu təqdimat əsəri sanballı, elmi əsaslara söykənən araşdırmadır. Müəlliflər gərgin əmək sərf edərək elmi təhlillər aparmaqla gələcək nəsillərə dəyərinin qiymətləndirilməsi mümkün olmayan böyük bir miras qoymuşlar".

ŞİH-in başçısı daha sonra  Ulu Öndər və Prezident İlham Əliyevdən sitatlar gətirib: "Ümummilli Lider ilk dəfə indiki Ermənistanın yerləşdiyi torpaqları tarixi Qərbi Azərbaycan ərazisi kimi təqdim edərək demişdir: "....indiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olublar".  Prezident İlham Əliyev isə bu nəzəri-təcrübi bazanı daha da zənginləşdirmişdir: "İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpaqlarımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq". Bu gün Qərbi Azərbaycan İcmasının apardığı işlər Ulu Öndərin dediklərinin və cənab Prezidentin tapşırıqlarının həyata keçirildiyinin əyani göstəricisidir". 

Qərbi Azərbaycan irsindən bəhs edən kitab böyük monumental bir tədqiqat əsəridir. 896 səhifədən ibarət olan kitabın hər bir vərəqi elmi tarixi faktlarla zəngindir. Müəlliflərin də qeyd etdiyi kimi, tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin qəbiristanlıqların vəziyyətinə təsirini qiymətləndirməkdir. Eyni zamanda baş vermiş dağıntının miqyasının müəyyən edilməsi və dəyən zərərin müəyyənləşdirilməsidir. Bu tədqiqatın nəticəsində indiki Ermənistanın 24 rayonunda yalnız azərbaycanlıların yaşadığı 172, qarışıq şəkildə yaşadığı 105 yaşayış məntəqəsinin məlumat bazası formalaşdırılmışdır. Ümumilikdə bu tədqiqatda 201 azərbaycanlı qəbiristanlığının monitorinqi həyata keçirilmişdir. Məlum olmuşdur ki, 157 qəbiristanlıq tamamilə məhv edilmiş, 42 qəbiristanlıq isə ağır formada dağıntılara məruz qalmışdır. Bunlardan 154 qəbiristanlığın məhvolma tarixini müəyyənləşdirmək mümkün olmuşdur. Aparılan tədqiqatların nəticələri indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid olan qəbiristanlıqların məhv edilməsinin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini göstərir. Bu baxımdan tədqiqatın böyük tarixi əhəmiyyəti vardır. Gələcək nəsil üçün kitab, eyni zamanda bu tədqiqatın davamı olan tədqiqatlar seriyası qiymətli bir mənbə hesab oluna bilər. 

Tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə "İndiki Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı müasir metodoloji təhlillər və şəxsi təəssüratlar", Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Eminov "Qərbi Azərbaycan irsi" kitabının yazılmasında istifadə edilən texnoloji yeniliklər", MDU-nun magistratura və doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Vəfa Məhərrəmova "Basarkeçər rayonunda qərbi azərbaycanlılara məxsus qəbiristanlıqların mövcud vəziyyəti haqqında", Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəliyinin rəhbəri, Əməkdar müəllim Mayıl İsmayılov "Qərbi Azərbaycanda dağıdılmış qəbiristanlıqlarla bağlı məlumatlar yerli və xarici mətbuat səhifələrində" mövzularında məruzələrlə çıxış etmişlər. 


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kasım-Jomart Tokayev: Prezident seçkiləri 2029-cu ildə keçiriləcək

12:48
15 Mart

Alkis Drakinos: Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları Avropa ilə Asiya arasında ticarət əlaqələrinin artmasına təkan verir  

11:49
15 Mart

Avropada doğum səviyyəsi azalmaqda davam edir  

11:29
15 Mart

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!