30 Aprel 2024 09:15
126
CƏMİYYƏT
A- A+

"Sən məğrursan, sən qalibsən, Azərbaycan əsgəri!"

 

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun, əsgərinin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq və qazandığı zəfər ovqatımıza ovqat qatdı. Hamımızı ürəkdən sevindirdi, qəlbimizdə sevinc yaratdı. Müharibədə qazanılan zəfər xalqımıza fərəh və qürur dolu sabahlar yaşatdı. 
Müharibənin elə ilk günlərindən, ilk saatlarından bütün cəbhəboyu üstünlüyü ələ alan ordumuzun hissələri erməni qəsbkarlarını ağır məğlubiyyətə uğrada-uğrada torpaqlarımızı işğaldan azad etməyə başladılar. Torpaq qeyrəti, Vətən təəssübu çəkən hərbçilərimiz dəqiq atəş zərbələri ilə düşmənin həm zirehli, həm də canlı qüvvəsini məhv edərək yağılara sarsıdıcı zərbələr vurdular. Ermənilər ordumuzun güclü əks-hücumları qarşısında duruş gətirə bilməyərək mövqelərindən geri qaçmağa məcbur oldular. İşğalçılar silah-sursatlarını, döyüş texnikalarını, yaralılarını, meyitlərini, hətta papaq və dəbilqələrini belə səngərlərdə qoyub qaçırdılar. 
Bütün bunlar onu göstərirdi ki, düşmən gücsüzdür, zəifdir, məğlub olmağa məhkumdur. İlk günlərdən qazanılan uğurlar, zəfərlər bir daha aydın şəkildə göstərirdi ki, Qarabağ uğrunda başlanan döyüşlər mütləq və mütləq Azərbaycan Ordusunun qələbəsi ilə başa çatacaqdır. Erməni işğalçıları Azərbaycan əsgərinin qarşısında məğlub olacaq, diz çökəcəkdi! Elə belə də oldu. Əlbəttə, bu, Azərbaycan əsgərinin qəhrəmanlığının, igidliyinin hesabına başa gəldi! 

 

İşğaldan azad olunmuş torpaqlarda dalğalanan bayrağımız

 

Beləliklə, kəndlərimiz, şəhərlərimiz, strateji yüksəkliklərimiz bir-birinin ardınca erməni qəsbkarlarından azad olundu. İnsanlarımız kimi, qəsbkarlardan azad edilən torpaqlarımızın da sanki üzü gülürdü. Hər gün cəbhədən verilən xəbərlərdə yurdumuzun azadlığı uğrunda vuruşan zabit və əsgərlərimizin yeni-yeni uğurlarını, zəfərlərini eşidirdik. Ürəyimizdə qövr edən arzularımız da yavaş-yavaş boy verib ucalırdı. 
Azərbaycan Ordusunun zabit və əsgərləri Qarabağ uğrunda gedən döyüşlərin ilk günlərindən yenilməz hünər və rəşadət göstərərək böyük strateji əhəmiyyətə malik olan Tərtər rayonunun Madagiz - Suqovuşan, Talış və başqa kəndlərini, Cəbrayılın bir neçə yaşayış məntəqəsini  erməni işğalçılarından azad etdilər. Bir-birinin ardınca gələn bu böyük qələbə müjdələri ordumuzun gücünün, qüdrətinin necə də yüksək olduğunu göstərdi. Xalqın ordusuna, onun sıralarında xidmət edən cəsur zabit və əsgərlərinə inamı, sevgisi daha da artdı. İşğaldan azad etdikdən sonra döyüşçülərimiz uğrunda vuruşduqları Suqovuşan, Talış və başqa kəndlərdə üçrəngli bayrağımızı ən yüksək zirvədə dalğalandırdılar. Bunlar çox qürurverici anlar idi. Şərəf dolu bu anları aylarla gözləmişdik, bu anların həsrətini illərlə çəkmişdik. İndi budur, yaşadığımız gözəl anlara qovuşmuşuq.

 

Gün gələcək ki...

 

Cəbhənin bütün istiqamətlərində ordumuzun hissələri bir-birindən uğurlu döyüş əməliyyatları həyata keçirirdi. Demək olar ki, hər gün Füzuli və Cəbrayıl bölgələrindən ovqatımızı yüksəldən şad xəbərlər eşidirdik. Oktyabrın 4-də xalqımız Azərbaycan Ordusunun daha bir möhtəşəm uğurunu, daha bir yaddaqalan zəfərinin müjdəsini aldı. Döyüşlərdə böyük igidlik göstərən zabit və əsgərlərimiz Cəbrayıl rayonunun mərkəzini və bir neçə kəndini erməni işğalçılarından azad etdilər. Hərbçilərimiz böyük coşqu və sevinclə bayrağımızı rayonun mərkəzində qaldırdılar. Azərbaycan Ordusu müharibənin elə ilk günlərindən uğurları, zəfərləri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazdı. Şükürlər ki, bu zəfərlər davamlı oldu. Azərbaycan əsgəri erməni qəsbkarlarının başını əzə-əzə, döyüş texnikalarını vura-vura ayaq saxlamadan irəli getdi.
Azərbaycan əsgəri, düşməni məhv edə-edə silahı, döyüş texnikası ilə  qəhrəmanlıq tariximizə yeni-yeni parlaq səhifələr yazdı. İşğalda qalmış bütün tarixi ərazilərimizi azad etdi! Xalqımızın bütün bunların qarşısında vurğusu bu oldu: "Sən məğrursan, sən qalibsən, Azərbaycan əsgəri!" 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video