08 May 2026 09:50
293
Mədəniyyət
A- A+
Səhnə onun həyatı, obrazlar isə taleyidir

Səhnə onun həyatı, obrazlar isə taleyidir


Teatr tarixboyu cəmiyyətin aynası olub. Teatrda insan özünü də, zamanı da, həqiqəti də görür. Ona görə səhnəyə bağlanan insanlar adi həyat yaşamırlar. Onlar hər gün bir obrazda doğulur, başqa bir obrazda yaşayır, tamamilə başqa bir hisslərlə evlərinə dönürlər. Bəzən isə yaratdıqları obrazın təsirindən günlərlə çıxa bilmirlər. Çünki əsl aktyor rol oynamır - onu içində canlandırıb ruhunda yaşadır.

Belə  sənətçilərdən biri də gənc aktrisa İranə Kərimovadır. Onunla ilk dəfə dramaturq Əli Əmirlinin Hacı Zeynalabdin Tağıyevin ailə dramından bəhs edən "Mesenat" tamaşasında rastlaşdıq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində oynanılan tamaşada canlandırdığı Sara xanım obrazı ilk andan tamaşaçının diqqətini özünə cəlb edirdi. Bu obrazın zərifliyində qadın həssaslığı, baxışlarında isə zamanın sərt sınaqları ilə möhkəmlənmiş daxili güc hiss olunurdu. İranənin Sara obrazına gətirdiyi xüsusi kolorit, səmimi ifa tərzi və psixoloji dərinlik birbaşa tamaşaçının yaddaşına həkk olunurdu. O, sadəcə, obraz yaratmırdı, sanki Sara xanımın ruhunu səhnəyə gətirmişdi. Məhz həmin ifadan sonra bu gənc aktrisanın gələcək uğurlarına şübhə yeri qalmırdı.

Bu günlər İranə Kərimova redaksiyamızın qonağı oldu. Onun söylədiyi fikirlər bir daha təsdiq etdi ki, səhnədə görünən uğurun arxasında böyük daxili zəhmət və sənətə sonsuz sevgi dayanır. Aktrisa söhbət zamanı dedi ki, bəzən yaratdığı obrazın aurasından, təsirindən günlərlə çıxa bilmir: "Obrazın xarakteri, yaşadıqları ruhuma hopur. Onun çəkdiyi ağrıları, iztirabları mən də yaşayıram. Aktrisa olaraq çalışıram ki, heç kimi təqlid etməyim, kiməsə bənzəməyim, səhnədə özüm olum. Əgər uğur qazana bilmişəmsə, düşünürəm ki, bunun səbəbi də elə budur".

Bu sözlərdə sənətkar səmimiyyəti, aktrisa məsuliyyəti, ən əsası isə sənətə olan sədaqət aydın görünürdü. İranə xanım söhbət zamanı maraqlı bir məqama da toxundu: "Mən teatrsız, səhnəsiz yaşaya bilmirəm. Teatr mənim həyatımdır. Mən səhnədə yenidən doğuluram, hər obrazda bir ömür yaşayıram. Amma adi həyatda aktyorluq etmirəm. İranə olduğumu, Ruslan kişinin qızı olduğumu unutmuram. Çalışıram ki, valideynlərim təkcə sənətimlə, yaxşı aktrisa olmağımla yox, onların ləyaqətli övladları olduğum üçün mənimlə fəxr etsinlər". Bu, təkcə aktrisanın deyil, həm də ailə dəyərlərinə bağlı bir Azərbaycan qızının xarakteri idi.

1998-ci il iyulun 26-da Bakıda dünyaya gələn İranə Kərimova hələ uşaqlıqdan incəsənətə maraq göstərib. Təhsilini Bakı Xoreoqrafiya Akademiyasında davam etdirməsi də onun sənət yolunun təsadüf olmadığını göstərir. 2017-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti və aktrisa kimi fəaliyyət göstərən gənc sənətçi qısa müddətdə teatrın diqqətçəkən simalarından birinə çevrilib. "Leyli və Məcnun" tamaşasında Leylinin ruhu, "Anamın kitabı"nda Gülbahar, "Bir nəfəs qədər"də Qumru, "Düyməcik"də Qaranquş, "Piter Pen və Bremen musiqiçiləri"ndə Vendi kimi müxtəlif xarakterli obrazlar onun yaradıcılıq diapozonunun genişliyindən xəbər verir. İranə kino sahəsində də uğurlu addımlar atıb. "Soyuq Günəş" filmində baş rola çəkilməsi, televiziya və sənədli filmlərdə yaratdığı obrazlar onun sənət imkanlarının daha geniş olduğunu göstərir.

Gənc aktrisanın uğurları bunlarla da bitmir. 2021-ci ildə "4.4 Qısa Tamaşalar Festivalı"nda mükafat qazanması, beynəlxalq layihələrdə ölkəmizi təmsil etməsi, Türkiyədə və Pakistanda keçirilən mədəniyyət festivallarında iştirakı onun artıq milli səhnə sərhədlərini aşmağa başladığının təsdiqidir.

Bu gün İranə Kərimova yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Onun baxışlarında sənətə sevgi, addımlarında inam, ifasında isə gələcəyin böyük aktrisasının işartıları görünür.

Bəzən səhnəyə yeni nəfəs gətirən sənətçilər zamanla teatrın tarixini yazanlara çevrilirlər. İnanırıq ki, İranə Kərimova da həmin sənət yolçularından olacaq. Çünki istedad qapıları aça bilər, zirvəyə isə yalnız sənətə sədaqət və zəhmət aparır. İranə artıq sübut edib ki, o, sadəcə, səhnəyə çıxmır, səhnədə yaşayır, yaradır və gələcəyini qurur.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib

19:41
08 May

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!