08 May 2026 17:39
182
DÜNYA
A- A+
Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib


Rusiya Moskvada keçiriləcək 9 may paradı üçün xarici jurnalistlərə verilən akkreditasiyaları ləğv edib. Ləğv edilən media təmsilçiləri arasında Almaniya, ABŞ, İtaliya və Yaponiya jurnalistləri də var.

Rusiya hakimiyyəti xarici jurnalistlərə göndərilən Qırmızı Meydandakı 9 May paradına dəvətnamələri ləğv edib. Almaniyanın dpa agentliyi və həftəlik “Der Spiegel” qəzeti Rusiya prezident administrasiyasına istinadən xəbər verib ki, yalnız bir neçə yerli media orqanının nümayəndələrinin tədbirdə iştirakına icazə veriləcək.

Rusiya hökumət rəsmiləri jurnalistlərə bildiriblər ki, "mövcud vəziyyətlə əlaqədar olaraq paradı işıqlandırmaq formatı dəyişdirilib. Buna görə də, indiyədək akkreditasiyadan keçmiş xarici media orqanlarına artıq paradda iştirak etməyə icazə verilməyəcək". Xüsusilə, “Der Spiegel” əməkdaşlarının, ARD, ZDF (Almaniya) və Sky (Böyük Britaniya) media şirkətləri, AFP (Fransa) xəbər agentliyi, eləcə də İtaliya və Yaponiya yayımçıları Rai və NHK-nin dəvətnamələri ləğv edilib.

Məlum olduğu kimi, bir müddət əvvəl Rusiya hakimiyyəti Qərb jurnalistlərinin akkreditasiyasını təsdiqləyib və onlara 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbə Gününü qeyd etmək üçün Moskvanın mərkəzində tədbirlər cədvəli göndərib. Daha sonra bu qərar ləğv edilib. "Der Spiegel" qəzetinin məlumatına görə, parad Rusiyada keçiriləndən bəri ilk dəfə belə bir hal baş verib. Dəvətnamələrin göndərildiyi və ləğv edildiyi dəqiq tarixlər göstərilməyib.

Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, bu il Rusiya xarici qonaqları parada məxsusi olaraq dəvət etməyib. O, bu qərarın səbəbini açıqlamayıb, lakin qeyd edib ki, Qələbə Gününün 80 illiyi qeyd olunan 2025-ci ildə parada çoxlu sayda əcnəbi qatılıb. Uşakov həmçinin bir sıra xarici liderlərin parada qatılmaq istəklərini bildirib. Xüsusilə, qondarma Abxaziya və Cənubi Osetiyanın, eləcə də Belarus, Laosun liderləri, Slovakiyanın Baş naziri, Malayziya Kralı və Serb Respublikası rəhbərliyi Rusiyaya səfər edəcək. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan parada qatılmaqdan imtina edib. News.am portalının məlumatına görə, o,  aprelin 1-də Rusiyaya səfəri zamanı mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak etməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putini məlumatlandırıb. Paşinyan qərarının səbəbi kimi  iyunun 7-də Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı seçki kampaniyasında şəxsən iştirak etmək zərurətini göstərib. Seçkilər ölkənin yeni baş nazirini müəyyən edəcək.

2007-ci ildən bəri ilk dəfə olaraq Qırmızı Meydandakı hazırkı parad hərbi texnika olmadan keçiriləcək. Bundan əlavə, Rusiya hakimiyyəti Suvorov və Naximov hərbi məktəblərinin, eləcə də kadet korpusunun tələbələrinin iştirakına icazə verməyib. Rusiya Müdafiə Nazirliyi bu qərarı "mövcud əməliyyat vəziyyəti"nə istinadən izah edib.

 Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynadan gələn "terror təhlükəsi" səbəbindən şənliklərdə avadanlıqlardan istifadə olunmayacağını bildirib.

Bundan əlavə, Rusiyanın bəzi bölgələrində Qələbə Gününü qeyd edən kütləvi tədbirlər ləğv edilir. Beləliklə, Perm, Nijni Novqorod, Saratov, Çuvaşiya və Kaluqa vilayətində paradlar keçirilməyəcək. Voronej, Kursk, Bryansk və Belqorod vilayətlərində atəşfəşanlıq ləğv edilib. Yerli "Fontanka" onlayn nəşrinin məlumatına görə, Sankt-Peterburqdakı paradda hərbi texnika da qadağan ediləcək.

9 May şənliklərində dəyişikliklər qismən Ukraynanın Rusiyanın müxtəlif şəhərlərində hədəflərə hücumlarının artması ilə əlaqədar edilib. Məsələn, may ayının əvvəlində Moskvanın Mosfilmovskaya küçəsindəki çoxmərtəbəli binaya pilotsuz təyyarə zərbə endirib. Bölgə qubernatorunun sözlərinə görə, mayın 7-də Perm bölgəsindəki "sənaye müəssisələrindən biri" Ukraynaya məxsus pilotsuz təyyarə ilə vurulub. Medianın məlumatına görə, sözügedən “müəssisə” Permdəki "Lukoyl-Permnefteorgsintez" (PNOS) neft emalı zavodudur. Neft emalı zavoduna daha bir hücum ötən ayın sonlarında baş verib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib

19:41
08 May

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!