25 May 2023 15:46
317
Səhiyyə
A- A+

Səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İƏT-ə üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib  

 

Ümumdünya Səhiyyə Assambleyasının 76-ı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Teymur Musayev Azərbaycanın 1992-ci ildə İƏT-ə üzv seçildiyini və təşkilatın işində fəal iştirak etdiyini deyib. Bildirib ki, Bakıda 2010-cu ildə İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin 1-ci görüşü keçirilib: “Bu il ölkəmiz İƏT-də sədrlik mandatından istifadə edərək təşkilatın üzv ölkələrini pandemiyadan sonrakı bərpa reallıqlarını müzakirə etməyə, həmin mövzu ətrafında təcrübə mübadiləsinə və daha sıx əməkdaşlığa dəvət edir”.

Teymur Musayev diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycan milli səhiyyəsinin və tibb elminin potensialının gücləndirilməsi istiqamətində görülən konstruktiv işlər barədə məlumat verib. Nazir, həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklər və əldə olunan təcrübələr barədə danışıb: “Pandemiyanın başlanğıcından qısa müddət ərzində Azərbaycan hökuməti tərəfindən COVID-19-la mübarizədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrup yaradıldı. Eyni zamanda, ciddi və sərt təcrid tədbirləri tətbiq edildi, diaqnostik laboratoriyanın sayı əhəmiyyətli dərəcədə artırıldı, modul tipli xəstəxanalar istifadəyə verildi və digər zəruri addımlar atıldı”. Beynəlxalq müstəvidə Azərbaycanın atdığı humanist addımlardan danışan nazir Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianə edildiyini, onun 5 milyonunun birbaşa İrana ayrıldığını, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri və digər ölkələrə 150 min doza peyvənd göndərildiyini deyib. “Eyni zamanda, başqa ölkələrdən, o cümlədən Çindən, Rusiyadan, Türkiyədən, Avropa İttifaqından humanitar yardımlar alındı. Bu, hamımıza pandemiyanın öhdəsindən gəlməyə kömək edən beynəlxalq həmrəyliyin göstəricisi idi. İndi pandemiyadan sonrakı bərpa haqqında düşünməyin vaxtıdır. Ümumi canlanma ölkələrimizin iqtisadiyyatının bərpası ilə birbaşa bağlıdır. Bu baxımdan, İƏT ölkələrinin əməkdaşlığının genişləndirilməsi olduqca önəmlidir”, - deyə nazir bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspertlər qrupu tərəfindən Beynəlxalq Səhiyyə Qaydalarına dair uğurlu Birgə Xarici Qiymətləndirmə aparılıb. Bu, ölkə səhiyyə sisteminin problemlərinin aşkar etməsinə və gələcək fövqəladə hallara hazırlığı təkmilləşdirilməsinə kömək edir.

Azərbaycanın səhiyyə naziri çıxışında həmçinin bildirib: “COVID-19-la mübarizə təcrübəsi göstərdi ki, hazırlıq və cavab planları icmaların və özəl sektorun fəal iştirakı ilə dövlət və qeyri-hökumət orqanları arasında əlaqələndirilmiş əməkdaşlığı ehtiva etməlidir. Maliyyə və insan resurslarının səfərbər edilməsi mexanizminin olması da vacibdir. Beynəlxalq məsləhətçilik, ÜST kimi nüfuzlu beynəlxalq tərəflərlə əməkdaşlıq ən yaxşı təcrübələrə və yardıma çıxış əldə etmək üçün çox zəruridir. Qeyri-infeksion xəstəliklərin immunizasiyası və profilaktikası üzrə müntəzəm işlər səhiyyə sahəsində fövqəladə halların vətəndaşlarımızın rifahına mənfi təsirini azaltmağa kömək edir”.

İclasın yekununda “Səhiyyə sahəsində Əməkdaşlığa dair 2016-2025-ci illər üçün Yenidən İşlənmiş Fəaliyyət Planı” təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video