Sankt-Peterburqda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışılıb
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Gənclər Parlamentlərarası Assambleyasının 17-ci konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatları Könül Nurullayeva və Emin Hacıyev təmsil edirlər.
K.Nurullayeva “MDB ölkələrində gənclər turizmi: müasir vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransda çıxış edib. Deputat bildirib ki, gənclər hər bir ölkənin hərəkətverici qüvvəsi kimi innovasiyaların tətbiqində katalizator, davamlı inkişaf faktoru kimi çıxış edir.
Gənclərin turizmlə bağlı fikirlərinə toxunan deputat qeyd edib ki, turizm gənclər üçün həm də ətraf aləmi öyrənmək vasitəsidir və bu gün beynəlxalq səyahətlərin ümumi həcmində fərdi və ya kollektiv formada gənclər turizminin payı MDB ölkələri də daxil olmaqla durmadan artır. Gənclərin sosial imkanları nəzərə alınmaqla, münasib qiymət və keyfiyyət nisbətinə yönəlmiş aşağı büdcəli turlara maraq daha çoxdur. Gənclər turizminin Avropa ölkələri və ABŞ-da daha çox inkişaf etdiyini diqqətə çatdıran K.Nurullayeva nümunə olaraq bildirib ki, Avropada beynəlxalq tələbə kartı olan tələbələr üçün hava səyahətlərində, ictimai nəqliyyatda, kafeləri, muzeyləri, konsertləri və digər yerləri ziyarət etmək üçün güzəştlər sistemi mövcuddur.
“Lakin MDB məkanında gənclər turizmi hələ də prioritet sahə hesab edilmir”, - deyən K.Nurullayeva Azərbaycan təcrübəsinə diqqət çəkib. Bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət üçün əsas prioritet sahələrdən biridir. Bu xüsusda Azərbaycanda gənclər və turizm sahəsinin inkişafına yönəlmiş çoxsaylı proqram və layihələr reallaşdıran Heydər Əliyev Fondu, Dövlət Turizm Agentliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun rolunu qeyd edən millət vəkili deyib ki, uzun illərdir Azərbaycanda beynəlxalq turizmin əsas tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlanır.
“Hələ 2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə Turizm İnstitutu yaradılıb. Turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, 2014-cü ildə bu ali təhsil müəssisəsinin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Universitet Rusiya da daxil olmaqla dünyanın aparıcı təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və burada tədris proqramı turizm və istirahət sahəsində ən yaxşı təcrübələr nəzərə alınmaqla formalaşıb”, - deyə deputat bildirib.
Azərbaycanın bənzərsiz təbiətə, zəngin tarixə və mədəni irsə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hələ sovetlər dövründə turizm zonası kimi məşhur olduğunu xatırladan K.Nurullayeva deyib ki, Sovet İttifaqının hər yerindən insanlar tətildə Kəlbəcərə və Şuşaya gəlirdilər.
“Bu gün azad edilmiş ərazilərin zəngin turizm potensialını canlandırmaq məqsədi ilə Azərbaycanda gənclərin də fəal iştirak etdiyi proqramlar hazırlanır, layihələr həyata keçirilir”, - deyən deputat münbit torpaqlarımızın yenidən dünyanın hər yerindən qonaqlar qarşılamağa hazır olduğunu bildirib. K.Nurullayeva, həmçinin vurğulayıb ki, Azərbaycanda hər il onlarla beynəlxalq konfrans, sərgilər, festival və irimiqyaslı idman tədbirləri keçirilir. Son on ildə Azərbaycan fəal şəkildə İlk Avropa Oyunları, 4-cü İslam Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, çempionatlar və müxtəlif idman növləri üzrə Dünya Kubokları, Formula 1 Azərbaycan Qran-Prisi və digər idman tədbirlərinə ev sahibliyi edib. Eyni zamanda, yerli və əcnəbi gənclərə mədəniyyətlərarası ünsiyyətdə təcrübə qazanmaq, tolerantlıq və multikulturalizm anlayışını formalaşdırmaq imkanı verən beynəlxalq gənclər düşərgələri də təşkil edilir.
Mövcud imkanların Azərbaycanı gənclər turizmi üçün də perspektivli marşrut halına gətirdiyini bildirən millət vəkili onu da qeyd edib ki, müasir dünyanın reallıqlarında yeni mexanizm və modellərin meydana gəlməsi təbiidir və belə vəziyyətdə gənclər turizmi, beynəlxalq gənclər əməkdaşlığı xüsusi diqqət tələb edir. MDB ölkələri üçün bütün səviyyələrdə təşkilati, hüquqi və maliyyə dəstəyinin inkişafı, gənclər turizmi sektoru üçün yeni brendlərin yaradılması və yeni turizm növlərinin, o cümlədən xüsusi maraq doğuran müxtəlif dağ və su turizmi, veloturlar və digər növlərin təbliği və inkişafı vacibdir. Gənclər turizminin düzgün təşkili ilə bu istirahət sahəsi, şübhəsiz ki, bölgəni və həmin ölkəni fərqləndirə bilər. Deputat gənclər turizminin getdikcə artan əhəmiyyətinin bütün MDB məkanını əhatə edəcəyinə əminliyini bildirib.
Tədbir zamanı Emin Hacıyev MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!