14 Fevral 2025 09:45
467
CƏMİYYƏT
A- A+
Samuxda "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir olmuşdur

Samuxda "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir olmuşdur


Rayon icra hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Samux RİH başçısının müavini Kəmalə Xəlilova açmışdır.

Bildirilmişdir ki, 2025-ci il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Məhz bu baxımdan "Konstitusiya və Suverenlik İli"nin dövlətçilik tariximizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti var. Dövlət başçısı tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün  yeni imkanlar yaratmışdır.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov isə çıxışında demişdir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir: "Hər bir hüquqi dövlətin konstitusiyası bu təməl prinsiplərini müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir".

Tədbirin sonunda Azərbaycan Respublikası Konstitusiyasının xüsusiyyətləri, konstitusiya ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların ölkədaxili və beynəlxalq müdafiəsi mexanizmləri, insan hüquqlarının müdafiə mexanizmi kimi ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!