25 Aprel 2024 08:25
218
İQTİSADİYYAT
A- A+

Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir

 

Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolu böyükdür. Bu səbəbdən Azərbaycanda sahibkarlara davamlı və hərtərəfli dəstək göstərilir, iqtisadiyyatda, qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolunun və təşəbbüslərinin artması üçün sistemli tədbirlər həyata keçirilir. Bu da öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir. 
Özəl sektora dövlət dəstəyi və bu sahədə həyata keçirilən islahatlar  hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlamışdır. Ümummilli Lider ölkəmizin sosial-iqtisadi inkişafının bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə bağlı olduğunu yaxşı bilirdi. Heydər Əliyevin 2002-ci il aprelin 25-də yerli sahibkarlar ilə keçirdiyi görüş özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı oldu. 
Bu gün Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq sahibkarlar  iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət sayəsində Azərbaycanın iqtisadi inkişafı dinamik xarakter alıb. 
Regionların iqtisadi inkişafı da dövlətin iqtisadi siyasətinin əsas və vacib istiqamətlərindən biridir. Yerli investorlar üçün yaradılan əlverişli şərait bölgələrdə sahibkarlığın inkişafını sürətləndirən, ona təkan verən əsas amillərdəndir.  Ölkədə, o cümlədən regionlarda  özəl sektora göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə müşayiət olunur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il düşmən işğalında olan torpaqlarımızı azad etdi. Hazırda işğaldan azad edilən ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. 
Bu gün ölkəmiz dünyada sərmayə qoyuluşu üçün cəlbedici məkana çevrilmişdir. Yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. 
Sahibkarlıq fəaliyyəti yalnız iqtisadi tərəqqiyə təkan verən amil kimi yox, həmçinin sosial rifahın yaxşılaşmasında əhəmiyyətli vasitədir. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, iş yerlərinin yaradılması, sosial problemlərin həlli birbaşa sahibkarlığın inkişafı ilə bağlıdır. 
Əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların etibarlı himayədarı olan  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli iqtisadi inkişafı təmin edilmişdir. Ölkəmizdə özəl sektorun inkişafın üçün yaradılmış şəraitdən yararlanan iş adamları da Azərbaycanın bu inkişafının davamlı və hərtərəfli olması üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Elxan BƏŞİROV,
"MƏTANƏT A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video