21 İyun 2025 08:20
597
İQTİSADİYYAT
A- A+
"Şahdəniz"də növbəti mərhələ başlanır

"Şahdəniz"də növbəti mərhələ başlanır


Yeni layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacağı gözlənilir


"Şahdəniz" son onilliklər ərzində dünyada kəşf edilmiş və istismarına başlanmış ən böyük karbohidrogen yataqlarındandır. Xəzərin Azərbaycan sektorundakı bu yatağın ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

"Şahdəniz" həmin yataqdır ki, Azərbaycanı dünyada həm də qaz ixrac edən ölkə kimi tanıdıb. Belə ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qaz 2006-cı ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Gürcüstana və bir il bundan sonra Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə çatdırılıb. Genişləndirilmiş CQBK, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) birləşməsindən yaranan "Cənub qaz dəhlizi"nin ixrac etdiyi qaz isə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsindəndir. "Şahdəniz-2" qazı TANAP-la Türkiyəyə 2018-ci ilin ortalarında, TAP-la Avropaya 2020-ci ilin sonuncu günündə çatdırılıb. Yatağın hər iki hissəsindən hasilat və ixrac uğurla davam edir.

Xatırladaq ki, "Şahdəniz" yatağı 1999-cu ildə kəşf olunub. Hazırda layihədə iştirak payları belədir: BP (operator - 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), "Cənub qaz dəhlizi" (16,02 faiz), NİKO (10 faiz) və MVM (5 faiz).

İlkin hasilat başlayandan indiyədək "Şahdəniz" yatağından təxminən 243 milyard kubmetr qaz və 50 milyon ton kondensat hasil olunub. 2024-cü ildə yataqdan təxminən 28 milyard kubmetr qaz və 4 milyon tondan artıq (təxminən 35 milyon barel) kondensat əldə edilib.

Bütün bunlar "Şahdəniz"in töhfələrinin hələ hamısı deyil. Mütəxəssislər vaxtaşırı belə bir fikir də səsləndirirdilər ki, layihənin növbəti mərhələsinin də olacağı mümkündür. Budur, cari ayın əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində "Şahdəniz" konsorsiumu yatağın işlənməsində növbəti mərhələ - "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan etdi. Bu, əvvəlki iki mərhələnin davamıdır.

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd "Şahdəniz"dəki aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz  25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. 

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Şahdəniz Kompressiya" layihəsinin Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifə olduğunu deyib: "Bu layihə resursların uzunmüddətli işlənməsi, texnoloji irəliləyiş və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi əks etdirir. Bu investisiya "Şahdəniz"in regionda və ondan kənarda mühüm enerji mənbəyi kimi rolunu daha da gücləndirəcək və eyni zamanda yerli iqtisadiyyatımız və işçi qüvvəsi üçün yeni imkanlar yaradacaq. Elektriklə işləyən, heyətsiz kompressiya platforması texnologiyasının tətbiqi regionda dəniz işlənmələri sahəsində müasir və səmərəli bir yanaşmadır. Bununla yanaşı, layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi ölkənin potensialının qurulmasına və iqtisadi artımın dəstəklənməsinə olan sadiqliyimizi göstərir. Bütün tərəfdaşlarımıza davamlı etimadlarına və əməkdaşlığa görə təşəkkür edirik. SOCAR bu layihənin təhlükəsiz və səmərəli, həmçinin Azərbaycan və tərəfdaşlarımız üçün maksimum fayda gətirəcək şəkildə həyata keçirilməsi üçün çalışacaq".

"Şahdəniz" yatağının operatoru olan BP şirkətinin regional prezidenti Qəri Counz layihəni belə dəyərləndirib: "Bu mühüm layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan "Şahdəniz"in qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq. Bu uğur yolumuzda göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan hökumətinə, SOCAR-a və "Şahdəniz" layihəsindəki tərəfdaşlarımıza təşəkkür edirik."

Vurğulayaq ki, layihə çərçivəsində yeni kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm "Şahdəniz Alfa", həm də "Şahdəniz Bravo" platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara  mövcud iki platformanın qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri, yeni platformanı enerji ilə təchiz etmək üçün terminaldan çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti, "Şahdəniz Bravo"dan "Şahdəniz Kompressiya"ya birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti daxildir. Bundan əlavə, layihə əvvəlki iki platforma və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikinti işlərinin bu ilin sonlarında başlanması planlaşdırılır və 2029-cu ildə yekunlaşması gözlənilir. Yeni platformanın həmin ildə "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan alınan qaz həcmlərini kompressiya üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu 8% azalıb – 2026-cı ilin iyun vəziyyəti açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

13:17
10 İyun

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

13:07
10 İyun

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub  

12:57
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!