31 May 2025 10:30
2001
Səhiyyə
A- A+
Sağlam gələcək istəyirsinizsə, siqaretdən imtina edin

Sağlam gələcək istəyirsinizsə, siqaretdən imtina edin


Tütün məhsullarından davamlı istifadə qeyri-infeksion xəstəliklərin və bu xəstəliklərlə əlaqəli ölümlərin əsas səbəbidir. Tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, tütün istifadəsi hər il 8 milyondan çox insanın ölümünə səbəb olur və təəssüf ki, bu rəqəmin 1,2 milyonu passiv siqaret çəkənlərin payına düşür. Əgər tütün sənayesi bu şəkildə fəaliyyət göstərməyə davam edərsə, onun qurbanları 2100-cü ilə qədər 572 milyonadək artacaq. Məhvedici vərdişlə mübarizə çərçivəsində hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. Bu beynəlxalq aksiya 1988-ci ildə ÜST-nin Assambleyasının 42-ci sessiyasında təsis olunub. 

Azərbaycan da tütün məhsulları və onların fəsadları ilə mübarizə aparan ölkələr sırasındadır. Ölkəmiz ÜST-nin Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulub. Bu konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci ildə isə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilib. Bu qanuna əsasən, tütün məmulatlarının qapalı məkanlarda istifadəsi, yetkinlik yaşına çatmayanlara satışı qadağandır.


Siqareti tərgitdikdən sonra dərhal müsbət dəyişiklik müşahidə edilir


Tütün məmulatlarının istifadəsi insan sağlamlığı üçün çox ciddi təhlükə yaradır. Siqaret çəkmək ağciyər xərçəngi, ürək-damar, xroniki bronxit və insult kimi xəstəliklərə səbəb olur. Torakal cərrah Nuray İmanovanın sözlərinə görə, hər kəs üçün təhlükəli olan tütün  tüstüsünün sağlamlıq riski həssas qrupa daxil olan yeniyetmələr, hamilə qadınlar və xroniki xəstəliyi olan insanlar üçün daha yüksəkdir. Belə ki, gənc yaşda siqaretə başlama beyində nikotinə qarşı asılılığın daha sürətli formalaşmasına səbəb olur. Siqaret həmçinin gənclərin fiziki və psixoloji inkişafını ləngidir, öyrənmə qabiliyyətinə və yaddaşa mənfi təsir göstərir. Yeniyetmələrdə siqaret vərdişi gələcəkdə digər zərərli maddələrin istifadəsi riskini də artırır. Hamiləlik dövründə siqaret çəkən qadınlarda isə döldə oksigen çatışmazlığı yaranır. 

"Siqareti tərgitmək insan sağlamlığı üçün atılan ən vacib və müsbət addımlardan biridir. Araşdırmalar göstərir ki, siqareti tərgitdikdən sonra orqanizm özünü bərpa etməyə başlayır və bu proses artıq ilk saatlardan etibarən hiss olunur. Dərinin görünüşü yaxşılaşır, yaşlanma əlamətləri gecikir, dad və qoxu hissi güclənir, yuxu keyfiyyəti artır, psixoloji rahatlıq və həyat keyfiyyəti yüksəlir. İlk 12 saatdan sonra qanda karbonmonoksit səviyyəsi azalır və oksigen səviyyəsi normallaşır. 2-12 həftə sonra qan dövranı daha da yaxşılaşır, ağciyər funksiyaları 30 faizədək artmağa başlayır. 3-9 ay sonra öskürək, nəfəs darlığı və yorğunluq xeyli azalır. Ağciyərlər özünü təmizləməyə başlayır, tənəffüs yolları infeksiyalarına qarşı müqavimət artır. Bir il sonra ürək xəstəlikləri riski siqaret çəkən şəxslərlə müqayisədə yarıya enir. 5 il sonra insult riski siqaret çəkməyən bir insanın riski ilə eyni səviyyəyə düşür. 10-15 il keçdikdən sonra isə ağciyər xərçəngi və digər siqaretlə bağlı xərçəng növlərinin riski xeyli azalır, ürək-damar xəstəlikləri riski siqaret çəkməyən şəxslərlə, demək olar ki, eyni olur", - deyə  Nuray İmanova bildirib.


16-25 yaş aralığında tütün vərdişindən qurtulmaq daha asandır


Tütün asılılığı həm fizioloji, həm də psixososial köklərə malik kompleks bir vərdişdir. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, nikotin mərkəzi sinir sisteminə təsir edərək, beyində zövq və mükafat hormonu olan dopaminin ifrazını artırır. Bu da insanda süni rahatlıq, diqqət artımı və gərginlikdən azadlıq hissi yaradır. Effekti təkrarlamaq istəyi isə asılılığın başlanğıcını qoyur. Xüsusilə stres, gərginlik və ya depressiya fonunda siqaret çox zaman emosional tənzimləmə vasitəsi kimi istifadə olunur. Araşdırmalar göstərir ki, tütün istifadəçilərinin əhəmiyyətli bir qismi tütün məhsullarına "psixoloji dayaq" kimi baxır.

Psixoloq bildirib ki, gənclər arasında siqaretə başlamağın əsas səbəblərindən biri qəbul olunmaq istəyi və bərabərlik hissidir: "Sosial çevrədə siqaretin normal davranış kimi təqdim edilməsi təhlükəli davranış yaradır. Siqaretə başlamanın qarşısının alınmasında ailənin rolu həlledicidir. Valideynlərin davranışı, ünsiyyəti və nümunəvi mövqeyi bu prosesdə əsas faktorlar hesab olunur. Əgər onlar siqaret çəkmir və ya onu tərgitməyə çalışırlarsa, uşaqlar bu davranışı təqlid etmir. Əgər valideyn siqaret çəkirsə, uşaqda bunun normal olduğu təsəvvürü formalaşır. Uşaqlarla tütünün zərərləri barədə açıq danışmaq, fikirlərini dinləmək və onları  maarifləndirmək vacibdir. Təkcə qadağa qoymaq kifayət deyil, səbəblər izah edilməlidir".

Tədqiqatlar göstərir ki, 16-25 yaş aralığında tütün vərdişindən qurtulmaq daha asandır. Elnur Rüstəmovun sözlərinə görə, gənclərin davranış modelləri hələ tam formalaşmadığı üçün dəyişikliklərə daha açıq olurlar. Üstəlik, bu yaşlarda orqanizm tütünün uzunmüddətli təsirinə məruz qalmadığından bərpa prosesi daha sürətli və uğurlu olur. Təhsil, karyera və ailə planlaması kimi motivasiyalar gəncləri tütündən uzaqlaşdırmaq üçün stimul yaradır.

"Siqareti tərgitmək heç bir yaşda gec deyil. ÜST-nin məlumatına görə, siqareti 40 yaşdan əvvəl tərgitmək ömrü 9 il uzada bilər. Tütün məhsullarından istifadəni dayandırmaq üçün bir sıra metodlar var. Bu arada farmakoloji dəstək alaraq nikotin əvəzedici vasitələr (nikotin saqqızı, plastırları və s.) və müvafiq dərman preparatları (bupropion, vareniklin) istifadə oluna bilər. Mobil tətbiqlər də siqareti tərgitmədə əhəmiyyətli dəstək rolunu oynayır. Araşdırmalara görə, psixoloji terapiya ilə müşayiət olunan siqarettərgitmə proqramları təkbaşına edilən cəhdlərdən 2-3 dəfə daha uğurlu olur. Üstəlik, mütəmadi həyata keçirilən qrup terapiyaları zamanı aparılan seanslar və həmrəylik hissi motivasiyanı gücləndirir", - deyə psixoloq vurğulayıb.

Mütəxəssis onu da bildirib ki, ölkəmizdə tütünlə mübarizə təkcə hüquqi mexanizmlərlə deyil, ictimai-psixoloji səfərbərliklə də həyata keçirilməlidir. Məktəb və universitetlərdə "sağlam həyat" mövzusunda mütəmadi seminarlar keçirilməli, sosial çarxlar və real həyat hekayələri əsasında çəkilmiş qısa filmlər yayımlanmalı, tütünə qarşı mübarizəyə yeniyetmələrin maraq dairələrinə uyğun ictimai şəxslər cəlb olunmalı, iş yerlərində "tütünsüz zona" proqramları və motivasiyaedici kampaniyalar təşkil edilməli, ən əsası psixoloji yardım və konsultasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməlidir. Tütünlə mübarizə yalnız fərdi məsələ deyil, ictimai sağlamlığın qorunması üçün milli məsuliyyətdir. Bu istiqamətdə hüquqi çərçivələrin gücləndirilməsi, elmi əsaslı yanaşmalar və psixoloji dəstək mexanizmlərinin inkişafı hər bir cəmiyyət üzvünün rifahı üçün vacibdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

21:19
12 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:08
12 İyul

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

20:36
12 İyul

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

20:26
12 İyul

Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

19:38
12 İyul

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir 

18:47
12 İyul

Bu gün Bakının 549 küçəsi yuyulub

18:39
12 İyul

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:13
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

18:04
12 İyul

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb  

17:47
12 İyul

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

17:41
12 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

17:00
12 İyul

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB

16:58
12 İyul

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

16:43
12 İyul

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

15:35
12 İyul

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

15:19
12 İyul

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib

14:49
12 İyul

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

14:03
12 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

14:01
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

14:00
12 İyul

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!