25 Aprel 2024 16:29
219
SİYASƏT
A- A+

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır  

 

Moskva Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə bütün məsələlərin istinasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

M.Zaxarova deyib: “Biz Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə bütün məsələlərin istinasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəkləyirik. Bizim mövqeyimiz ondan ibarədir ki, razılaşmalar dayanıqlı, tarazlaşdırılmış xarakter daşımalı və hər iki ölkə tərəfindən qəbul edilməlidir. Onlar regionda möhkəm sülhə nail olunmasına xidmət etməlidir. Biz gələcəkdə də tərəflərə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında delimitasiya üzrə məsləhətgüzar köməklik göstərməyə hazır olduğumuzu təsdiq edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video