10 Fevral 2026 17:03
364
CƏMİYYƏT
A- A+
Roma Papası Azərbaycana dəvət olunub  

Roma Papası Azərbaycana dəvət olunub  


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiya nümayəndə heyəti fevralın 9-da Vatikanda bir sıra görüşlərdə iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Roma Papası XIV Leo ilə görüşüb.

Qonaqları salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birgə səfərini sülh və insan qardaşlığı nümunəsi kimi dəyərləndirib.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın salamlarını çatdırıb, Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsini vurğulayıb. O, həmçinin mərhum Papa Fransiskin Azərbaycana səfərini və dini konfessiyaların rəhbərləri ilə görüşünü xatırladıb, bu görüşün də çox əlamətdar olduğunu bildirib. Qeyd edib ki, dövlət səfərləri və dini ictimaiyyət nümayəndələri ilə görüşlər Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətləri və dinlərarası dialoqu gücləndirir. QMİ sədri Vatikanda nümayəndəliyin təsis olunmasının bu prosesə töhfə verəcəyini bildirib.

Şeyxülislam Bakıda inşa olunan ikinci katolik kilsəsinin açılışında Papa XIV Leonun da iştirakını arzulayıb. Həmçinin 2027-ci ildə Azərbaycan–Vatikan diplomatik münasibətlərinin 35 illiyi və Heydər Əliyev ilə Papa II İohann Pavelin ilk görüşünün 30 illiyi münasibətilə Roma Papasını ölkəyə dəvət edib. Bununla əlaqədar QMİ sədri Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından dəvət məktubunu XIV Leoya təqdim edib.

Görüş zamanı Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycandakı dinlərarası münasibətlərin yüksək səviyyəsindən, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev etnik-dini harmoniya mühitindən, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili alban-udi irsinin qorunmasından, Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev isə tolerantlıq mühitindən danışıb. Azərbaycan dinlərinin tarixi, dini abidələri və tolerantlıq mühiti barədə nəşrlər Papa XIV Leoya hədiyyə edilib.

Nümayəndə heyəti, həmçinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti ilə də görüşüb.

Şeyxülislam A.Paşazadə Heydər Əliyev Fondunun Vatikandakı katakombaların bərpası, muzey və kitabxana əməkdaşlığı, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisinin multikultural siyasətin nümunəsi olduğunu vurğulayıb. Dinlərarası dialoqun vacibliyi, Azərbaycan-Ermənistan sülh prosesinin əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Şeyxülislam A.Paşazadə Azərbaycanın sivilizasiyalararası dialoq və dinlərarası əməkdaşlıq prosesində fəal iştirakını, həmçinin Vatikanda martın 9-da keçiriləcək İftar mərasimində Roma Papasının müraciətinin əhəmiyyətini qeyd edib. QMİ sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə dini və mədəni irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən inşası barədə məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!