06 May 2024 14:55
248
Elm və texnika
A- A+

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var  

 

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı artıb. Günəş ləkələrinin sayı artaraq 9 ləkə qrupunda 152 ləkə müşahidə olunur. Şərq limbi ətrafında tac dəlikləri müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 437 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14.76 nT, radial istiqamətdə isə 4.4 nT təşkil edir.

Mayın 13-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 50 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə baş vermiş alışmalar səbəbindən S1 səviyyəsinə yüksəlməsi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin yüksəksürətli tac dəliyi axınlarının və tac kütlə atılmalarının (TKA) təsiri ilə aktivləşəcəyi proqnozlaşdırılır. Mayın 5-də baş vermiş TKA və tac dəliklərinin birgə təsiri nəticəsində mayın 8-də yenidən G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video