28 Dekabr 2024 15:47
4666
Elm və texnika
A- A+
Rəsədxana 2025-ci ilin Meteor seli təqvimini açıqlayıb

Rəsədxana 2025-ci ilin Meteor seli təqvimini açıqlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanası 2025-ci ilin Meteor seli təqvimini təqdim edib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Meteorlar parçalanmış kometlərin qalıqlarıdırlar və kometin orbiti boyunca topa şəklində hərəkət edir. Beynəlxalq Astronomiya Birliyi tərəfindən 900-dən çox meteor seli qeydə alınıb. Meteoridlər Yer atmosferini kəsib keçərək meteor yağışlarını yaradır. Onların səmada peyda olduğu nöqtəyə radiant deyilir və bəzi periodik meteor yağışları həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılıb. Periodik olaraq eyni vaxtda müşahidə olunan bu meteor yağışlarının 2025-ci il üçün müşahidə olunma ardıcıllığı təqdim edilir.

Kvadrantidlər (26 dekabr - 16 yanvar) – Meteor yağışının piki yanvarın 3-də gözlənilir. Bu meteor yağışı zamanı saatda 80-dək meteor görmək mümkün olacaq. Ay diskinin cəmi 11 faizi işıqlanacaq və pik saatınadək batacaq. Hesab olunur ki, kvadrantidlər 2003-cü ildə kəşf olunmuş 2003EH1 asteroidinin qalıqlarıdır.

Liridlər (15-30 aprel) – Meteor yağışının piki aprelin 22-nə proqnozlaşdırılır. Bu meteor yağışı zamanı saatda 18-dək meteor görmək mümkün olacaq. Ay diskinin 40 faizi işıqlanmış olsa da, gecənin ikinci yarısından sonra görünəcək. Liridlər C/1861 G1 Thetcer kometi ilə assosiasiya olunur.

Eta Akvaridlər (20 aprel-21 may)– Meteor yağışının piki mayın 5-6-da gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 50 meteor görmək mümkün olacaq. Ay müşahidələrə mane olmayacaq. Eta Akvaridlər Orionidlər kimi Halley kometinin qalıqlarından formalaşıb.

Delta Akvaridlər (18 iyul-12 avqust)– Meteor yağışının piki iyulun 29-30-na uyğun gəlir. Bir saatda təxminən 25-dək meteor görmək mümkündür. Meteor yağışının 96P/Maçholz kometinin qalıqları olduğu hesab olunur. Bu meteor yağışı Şimal yarımkürəsində müşahidə olunmur.

Perseidlər (17 iyul-24 avqust)– Meteor yağışının piki avqustun 12-13-nə uyğun gəlir. Bu meteor yağışı zamanı saatda 100-dək meteor görmək mümkündür. Ay radianta çox yaxın olduğu üçün müşahidələrə mane olacaq. Perseidlər 109P/Svift–Tatl kometi olə assosiasiya olunur.

Drakonidlər (6-10 oktyabr) – Meteor yağışının piki oktyabrın 8-9-na uyğun gəlir. Bu meteor yağışı zaman saatda təxminən 5 meteor görmək mümkün olacaq. Bədrlənmiş Ay meteor yağışının radiantına yaxın olduğundan, onun işığı müşahidələrə mane olacaq. Drakonidlər 21/P Cakobini-Zinner kometi ilə assosiasiya olunur.

Orionidlər (2 oktyabr-7 noyabr) – Meteor yağışının piki oktyabrın 21-22-də gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 20 meteor görmək mümkündür. Ay diski cəmi 2 faiz işıqlanmış olacaq. Orinoidlər də 1P/Halley kometi ilə assosiasiya olunur.

Leonidlər (6-30 noyabr) – Meteor yağışının piki noyabrda 17-18-də gözlənilir. Bu meteor yağışı zamanı saatda təxminən 10 meteor görmək mümkündür. Ay diskinin cəmi 9 faizi işıqlanmış olacaq. Leonidlər 33 illik tsiklə malikdir. Bu zaman intensiv meteor seli müşahidə olunur. Leonidlər 55P/Tempel-Tatl kometinin qalıqları hesab olunur.

Geminidlər (4-20 dekabr) – Meteor yağışının piki dekabrın 13-14-də gözlənilir.Bu meteor yağışı zamanı saatda 150-dək meteor görmək mümkündür. Ay diski 39 faiz işıqlanacaq və radiant yaxınlığında olacaq. Meteor yağışı 3200 Faeton asteroidi ilə assosiasiya olunur.

Ursidlər (17-26 dekabr) – Meteor yağışının piki dekabrın 22-23-nə uyğun gəlir. Bu meteor yağışı zaman saatda 10-dək meteor görmək mümkündür. Ay diski cəmi 3 faiz işıqlansa da radianta yaxın olacaq və zəif meteorlar Ayın işığının fonunda itəcək. Ursidlər 8P/Tatl kometi ilə assosiasiya olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!