13 İyul 2026 18:03
440
SİYASƏT
A- A+
Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

İyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, müxtəlif ölkələrdən media rəhbərləri, rəqəmsal platformalar üzrə ekspertlər, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov bildirib ki, indiki dövrdə artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, bu eyni zamanda, dövlətlərin milli təhlükəsizlik komponenti, ictimai sabitliyin və inkişafın ayrılmaz hissəsinə çevrilib.

"Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların sosial şəbəkələrdə təhlükələrdən qorunması üçün tədbirlər görülür. "Media haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanunlarda bir sıra dəyişiklik edilir. Proses artıq son mərhələdədir. Qanunvericiliyin məqsədi məhdudlaşdırma tədbirləri keçirmək deyil, uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaratmaqdır", - deyə F.Zeynalov diqqətə çatdırıb.

O bildirib ki, bu qanunvericiliyin dəyişiklik mərhələsində bir sıra mexanizmlər nəzərdə tutulub. Belə ki, 16 yaşına çatmamış uşaqların ümumiyyətlə rəqəmsal platformalarda hesab yaratmaları qadağan edilir. 16–18 yaşarası yeniyetmələrin qeydiyyatdan keçməsi ilə bağlı onların valideynlərinin razılığı tələb olunur.

Sosial media üzrə təlimçi və tədqiqatçı Karen Sazerlend bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya mühitinə yeni imkanlarla yanaşı, ciddi risklər də gətirib. Onun sözlərinə görə, “deepfake” texnologiyalarının geniş yayılması informasiyanın doğruluğunun yoxlanılmasını daha da vacib edir. Bu baxımdan media savadlılığının gücləndirilməsi və etibarlı mənbələrdən istifadənin təşviqi müasir dövrün əsas çağırışlarından biridir.

“TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan platformanın istifadəçilər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasını əsas prioritetlərdən biri hesab etdiyini bildirib. O qeyd edib ki, zərərli məzmunun aşkarlanması və silinməsi istiqamətində həm süni intellekt texnologiyalarından, həm də peşəkar moderatorlardan istifadə olunur. Diana Ryan Azərbaycanın aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın uğurla davam etdiyini də vurğulayıb.

“LinkedIn” şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Şeymus Klensi isə bildirib ki, peşəkar sosial şəbəkələrdə etibarlı informasiya mühitinin qorunması şəffaflıq, məsuliyyət və istifadəçi etimadı üzərində qurulur. Onun sözlərinə görə, “LinkedIn” hökumətlər, təhsil müəssisələri və biznes strukturları arasında peşəkar əməkdaşlığın genişlənməsinə, etibarlı informasiya mübadiləsinə və insan kapitalının inkişafına töhfə verir.

"Platformada qaydaların pozulmasına qarşı operativ nəzarət mexanizmləri tətbiq olunur. Bu məqsədlə fəaliyyət göstərən xüsusi etibar və təhlükəsizlik komandamız zərərli məzmunu operativ şəkildə aşkarlayır, qiymətləndirir və platformadan kənarlaşdırır. Beləliklə, istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması təmin edilir", - deyə o vurğulayıb.

Panel müzakirəsində, həmçinin rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, süni intellekt dövründə dezinformasiyaya qarşı mübarizə, uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və rəqəmsal platformaların məsuliyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. İştirakçılar bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə yanaşı, texnoloji yeniliklərin və media savadlılığının da mühüm rol oynadığını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!