16 Aprel 2025 08:00
1977
SİYASƏT
A- A+
Regionun lideri, qlobal proseslərin fəal iştirakçısı

Regionun lideri, qlobal proseslərin fəal iştirakçısı


Azərbaycan öz qətiyyətli və müstəqil siyasəti ilə müasir dünya nizamına mühüm töhfələr verir


Azərbaycan beynəlxalq əhəmiyyətli çağırışları, baş verən qlobal proseslərin müsbət yöndə gedişatına təsir göstərəcək aktiv və effektiv fəaliyyəti ilə dünyada diqqət çəkir. Dörd il ərzində ölkəmizin dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) uğurla sədrlik etməsi, müvəffəqiyyətlə evsahibliyi etdiyi beynəlxalq iqlim sammiti COP29-da bəşəriyyət adına mühüm qərarların qəbul olunması və sair kimi tarixi nailiyyətlər də beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub, təqdirlə qarşılanıb. 

Respublikamızın beynəlxalq arenada oynadığı mühüm rol Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının təzahürü kimi də dəyərləndirilir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən qətiyyətli siyasət nəticəsində güclü iqtisadi dayaqların formalaşdırılması, daxili sabitliyə və təhlükəsizliyə nail olunması kimi mühüm amillər Azərbaycanın digər ölkələrlə hərtərəfli münasibətlər qurmasına birbaşa zəmin yaradıb. 

Qafqazın lider ölkəsi olaraq nəinki bölgədə, eləcə də dünyada daim sülhə töhfələr verən, müharibələrin, münaqişələrin danışıqlar yolu ilə həllinə tərəfdar çıxan Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyev həm də qlobal barışdırıcılıq missiyası həyata keçirən fenomen şəxsiyyət kimi tanınır. 


Azərbaycan irsi 


Tolerant, multikultural ölkə olaraq daim sülhü təşviq edən Azərbaycanın sivilizasiyalararası dialoqların baş tutduğu unikal ünvana çevrilməsi də təsadüfi deyil.  Eyni zamanda 120 ölkəni birləşdirən mühüm siyasi platforma olan QH-nin də məhz ölkəmizin sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması beynəlxalq səviyyədə  etiraf olunan faktdır. 

Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu qısa zamanda həyata keçirdiyi xarici siyasət sayəsində bu təsisat daxilində də böyük nüfuz və etimad qazanıb. 2019-2022-ci illərdə təşkilata sədrliyi dövründə uğurlu fəaliyyəti və ona olan yüksək etimadın nəticəsi olaraq Hərəkata üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın sədrliyi bir il daha uzadılıb. Sədrlik dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib, xüsusən QH-nin pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə təqdir olunub. Ölkəmiz əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. ÜST-yə 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verən Azərbaycan həmçinin beş ölkəni peyvəndlə təmin edib.

"Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik", - deyə bu il aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirakçıların suallarını cavablandıran zaman Prezident İlham Əliyev vurğuladı ki, beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik.

Ötən il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) Azərbaycanın "yaşıl gündəliy"i əsasında formalaşdırıldı desək, yanılmarıq. Bakıda keçirilən bu nəhəng konfransı digər COP-lardan fərqləndirən ən mühüm tarixi nailiyyət isə hazırkı uzlaşmayan dünyada yekdilliklə bəşəriyyəti narahat edən məsələlərlə bağlı qərarların qəbul edilməsi oldu. Belə ki, COP29-da Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı və iqlimlə bağlı digər vacib qərarlar qəbul edildi. 

Yuxarıda sözügedən beynəlxalq forumda dövlətimizin başçısı söylədi: "COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik". 


İlham Əliyevin barışdırıcılıq missiyası


Ötən dövrdə, eləcə də bu günümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı siyasi qütblər arasındakı gərginliklərin aradan qaldırılmasında birbaşa rol oynaması ilə bağlı kifayət qədər misallar göstərmək, nümunələr çəkmək mümkündür. Məsələn, siyasi əlaqələri korlanmış, hətta müharibə səviyyəsinə qədər gəlmiş Türkiyə və Rusiya münasibətləri bir müddət əvvəl məhz Azərbaycanın hər iki ölkə arasında uğurlu vasitəçiliyi sayəsində normallaşmışdı.

Həm Türkiyə, həm də İsraillə yüksək səviyyədə əlaqələri olan Azərbaycan üçün bu iki ölkə arasında münasibətlərin gərgin olması arzuedilən deyil. Buna görə də ölkəmiz siyasi münasibətləri heç də yaxşı olmayan, hətta zaman-zaman gərginləşən Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması üçün daim çalışıb. Bir müddət əvvəl çox gərgin qarşıdurmada olan bu iki dövlət arasında Azərbaycan barışdırıcı rol oynayıb.

Təəssüf ki, hazırda da sözügedən ölkələr arasında soyuq küləklər əsir. Bu mərhələdə də tərəflərin bir-biri ilə danışıqlar aparması, münasibətlərini qaydaya salması üçün məhz Azərbaycan barış missiyası həyata keçirir. 

Aprelin 9-da keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirakçılardan birinin bununla əlaqədar sualını cavablandıran Prezident İlham Əliyev dedi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir: "İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk". 

Ölkəmizin rəhbəri ümidvar olduğunu bildirdi ki, bu proses normallaşmaya aparacaq: "Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir".

Göründüyü kimi, qlobal proseslərdə aktiv iştirak edən, dünyada müxtəlif kataklizmlərin səbəb olduğu fəsadların aradan qaldırılması üçün hərtərəfli dəstək göstərən Azərbaycan konfliktlərin, qarşıdurmaların aradan qaldırılması üçün də hər zaman böyük çaba göstərir. 

Şəxsən Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən sülh missiyasını ümumilikdə insanlığa xidmət missiyası adlandırmaq olar. Çünki hər hansı nifaqa, münaqişəyə, müharibəyə təkcə iki dövlətə aid problem aspektindən yanaşmaq yanlışdır. Bu, təsirləri bütün dünyaya sirayət edəcək zəncirvari və arzuedilməz haldır. Məhz Azərbaycan Prezidentinin göstərdiyi səylər sayəsində neçə-neçə bu kimi bəşəriyyəti narahat edən problem aradan qaldırılıb. İlham Əliyevin xoşməramlı, uğurlu siyasəti  həm də gərginlikdən normallaşmaya qədəm qoyan ölkələrin liderlərinin Azərbaycan Prezidentinin şəxsiyyətinə olan yüksək etimadının, sayğısının, güvəninin, inamının təzahürüdür. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!