Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi sürətlə davam edir
Azərbaycan Prezidenti İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Şahdağ qış-yay turizm kompleksinə gələrkən yol boyu görülən işlərin gedişi ilə tanış oldu. Məlumat verildi ki, kompleksə yeni yol çəkilir, çayların üzərində körpülər salınır, torpaq sürüşməsi hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.
Şahdağ qış-yay turizm kompleksinə gələn Prezident İlham Əliyevə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizin ən böyük infrastruktur layihələrindən olan bu kompleksin yaradılmasına 2006-cı ildən başlanmışdır. Dövlətimizin başçısının diqqət mərkəzində olan bu nadir kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti yaradılmışdır. 2006-cı ildə elan edilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişlər. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə başlanmışdır. Bu kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşir. Kompleksin ümumi ərazisi 2 min 58 hektardır. Tikinti aparılan ərazi ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir. Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaqdır. Bununla yanaşı, turistlərin yayda burada dincəlmələri üçün gözəl şərait yaradılacaqdır. Şahdağ qış-yay turizm kompleksi dünyada olan bu tipli komplekslərdən öz nadirliyi və universallığı ilə fərqlənəcək, bütün il boyu fəaliyyət göstərəcəkdir. Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcəkdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, artıq kompleksdə tikinti işlərinin böyük hissəsi həyata keçirilmişdir. Lift bazasında inşaat işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. 18 min 327 kvadratmetr ərazisi olan lift bazasında üçmərtəbəli bina da tikilmişdir. Bu binada inzibati mərkəzlə yanaşı, restoran, otel və digər yardımçı xidmətlər yerləşəcəkdir. Bundan əlavə, bazanın ərazisində avtomobillər üçün dayanacaq, uşaq bağçası, xizək icarə xidməti, terras, mağazalar da fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ümumi sahəsi 37,6 hektar olan 6 eniş zolağı da qurulacaqdır.
Prezident İlham Əliyev kompleksə gələn yolların genişləndirilməsi, ümumiyyətlə, burada yol infrastrukturunun mükəmməl formada qurulması ilə bağlı tapşırıqlarını verdi. Dövlətimizin başçısı kompleksdə uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları üçün də yüksək şəraitin yaradılmasına dair göstəriş verdi.
Bildirildi ki, hazırda tikintinin birinci mərhələsi çərçivəsində turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılmışdır. Uzunluğu 1484 metr olan 3 nömrəli liftin tikintisi də başa çatmaq üzrədir. Qar generatoru stansiyasının, yolların, elektrik xətlərinin, kanalizasiya sisteminin, rabitə və içməli su kəmərlərinin çəkilməsi də həyata keçirilir. Artıq kompleksdə kommunikasiya işlərinin 80 faizi yerinə yetirilmişdir. Turistlərin xizəkdə sürüşməsi üçün süni qarlaşdırma sistemi yaradılır. Bununla əlaqədar bütün enişlərdə qar generatorları quraşdırılmışdır. İndi bu sistemin sınaqdan keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, qarın yığılması və bərkidilməsi üçün xüsusi maşınlar alınmışdır.
Prezident İlham Əliyevə kompleksdə çalışacaq heyət üçün inşa olunan 26 mənzilli dördmərtəbəli yaşayış binasının tikintisi barədə məlumat verildi. Qeyd olundu ki, burada bütün xidmətlərin göstərilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, burada camaşırxana, 44 yerlik avtodayanacaq, idman mərkəzi və digər yardımçı sahələr yerləşəcəkdir.
Bildirildi ki, turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulmuşdur. Buraya 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, dördulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu "Şahdağ" Gənclər Mərkəzinin, 900 nömrəlik relaks mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulmuşdur. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirilməsi planlaşdırılmışdır.
Sonra dövlətimizin başçısı kompleksə daxil olan dördulduzlu "Resort" oteldə tikinti işlərinin gedişi ilə tanış oldu. Bildirildi ki, iki mərtəbəsi yerin altında olmaqla ümumilikdə yeddimərtəbəli otel 340 nəfər üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, SPA mərkəzi, hovuz, xizək məktəbi, idman avadanlığının kirayəsi mərkəzi, kafe, bar, konfrans zalı da bu oteldə fəaliyyət göstərəcəkdir. Otelin 149 avtomobil üçün dayanacağı da tikiləcəkdir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, bu otelin yaxınlığında daha bir beşulduzlu otel inşa ediləcəkdir. Bununla əlaqədar indi torpaq işləri görülür, yaxın gələcəkdə tikintiyə başlanacaqdır.
Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir.
Turizm kompleksinin tikintisi ilə tanış olan dövlətimizin başçısı daha sonra inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi.
Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!