06 Dekabr 2024 08:50
2556
Səhiyyə
A- A+
Qışda xəstələnməmək üçün nə etməliyik?

Qışda xəstələnməmək üçün nə etməliyik?


Qış fəslində soyuq hava, azalan günəş işığı və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi orqanizmə təsirsiz ötüşmür. Bu dövrdə immun sistemi zəiflədiyi üçün xəstəliklərə qarşı müqavimət azalır, xroniki xəstəliklər kəskinləşir, müxtəlif qrip və soyuqdəymə kimi xəstəliklərə yoluxma riskləri artır.

Statistikaya görə, respirator virus infeksiyalarının artması da məhz bu mövsümə təsadüf edir. Bəs sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik? Hansı ehtiyat tədbirləri görməliyik?


Balanslı qidalanma əsas şərtlərdən biridir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, qış mövsümündə sağlamlığı qorumaq və xəstəliklərdən uzaq olmaq üçün düzgün qidalanma, gigiyena qaydalarına əməl etmək və sağlam həyat tərzi sürmək vacibdir: "Soyuq havalarda ən çox yayılan xəstəliklər arasında qrip, soyuqdəymə, bronxit və sinüzit kimi tənəffüs yolu virusları, pnevmoniya kimi aşağı tənəffüs yolu və həmçinin bağırsaq infeksiyaları yer alır. Bu xəstəliklərə daha çox həssas qruplara daxil olan yaşlı insanlar, körpələr, hamilə qadınlar, xroniki xəstəlikləri və zəif immuniteti olan şəxslər yoluxur".

Xəstəliklərdən qorunmaqdan ötrü immun sisteminin gücləndirilməsinin vacibliyini vurğulayan həkim-infeksionist bildirib ki, bunun üçün balanslı qidalanma əsas şərtdir: "Vitamin və minerallarla zəngin qidaların, xüsusilə C vitamini mənbəyi olan portağal, limon, kivi, brokkoli və cəfərinin, D vitamini tərkibli balıq, yumurta və süd məhsullarının mütəmadi olaraq qəbul edilməsi tövsiyə olunur. Həmçinin sink və selenium kimi mineralların qəbul edilməsi immun sisteminin güclənməsinə kömək edir. Bu minerallar qoz-fındıq, badam və dəniz məhsullarında da tapılır. İsti şorbalar və bulyonlar bədəni isidir və qida maddələri ilə təmin edir. Bitki çayları, xüsusilə zəncəfil, bal və limonla hazırlanan içkilər həm immuniteti dəstəkləyir, həm də bədənə istilik verir".

Aişə Kərimova deyib ki, digər mövsümlərdə olduğu kimi, qışda da mövsümə uyğun olmayan meyvə və tərəvəzlərlə birlikdə, emal olunmuş və az qida dəyərinə malik məhsullardan uzaq durmaq vacibdir. Kolbasa, sosiska, konservləşdirilmiş məhsullar, çipslər, qazlı içkilər və GMO tərkibli qidalar immun sistemini zəiflədir. Şəkər və trans yağlarla zəngin qidalar da bədənə zərər verir, xəstəliklərə qarşı müqaviməti azaldır.


Açıq havada gəzmək vacibdir


Havaların kəskin soyuması və temperatur dəyişiklikləri nəticəsində insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaltdığını vurğulayan mütəxəssis bunun yanlış olduğunu bildirir. Aişə Kərimovanın sözlərinə görə, açıq havada gəzmək, velosiped sürmək, eyni zamanda mövsümi idman növlərindən istifadə etmək həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.

Xəstəliklərdən qorunmaq üçün düzgün geyim seçimi də mühüm əhəmiyyət daşıyır. "Qışda çoxqatlı, istilik saxlayan paltarlar geyinmək, qalın corab və isti ayaqqabılar istifadə etmək lazımdır. Otaq temperaturunu da balansda saxlamaq vacibdir: gündüz 20-22 dərəcə, gecə isə 18-20 dərəcə olmalıdır. Həmçinin ev və ofislərin havalandırılması, təmizliyə riayət edilməsi infeksiyaların yayılmasının qarşısını alır. Gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez yumaq və şəxsi əşyaları paylaşmamaq da profilaktik tədbirlərdəndir. Qış fəslində sağlam qalmaq üçün bu tövsiyələrə əməl etməklə immun sistemini gücləndirmək, xəstəliklərdən qorunmaq və mövsümü sağlam keçirmək mümkündür", - deyə həkim-infeksionist qeyd edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!