02 Noyabr 2024 08:35
799
SİYASƏT
A- A+
Qərbin mövqeyi

Qərbin mövqeyi


Gürcüstanın Avropaya inteqrasiyasını siyasi alətə çevirdiyini göstərir


"Oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 5 faizlik baryer 5 seçki subyekti tərəfindən keçilib. Beləliklə, "Gürcü Arzusu" partiyası parlamentdə 89, "Dəyişikliklər Koalisiyası" 19, "Birlik-Vahid Milli Hərəkat" 16, "Güclü Gürcüstan" 14, "Qaxariya-Gürcüstan naminə" 12 mandatla təmsil olunacaq. Hələlik partiyalardan 4-ü parlamentə daxil olmaqdan imtina edib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva deyib.  O bildirib ki, Gürcüstanda seçkinin nəticələri ilə bağlı, xüsusilə Qərb tərəfindən ikili standartlar müşahidə olunur. İlkin nəticələr açıqlandıqdan dərhal sonra Macarıstanın Baş naziri Viktor Orbanın Tbilisiyə səfər etməsindən və qələbə münasibətilə Baş naziri təbrikdən sonra 13 Avropa ölkəsi tərəfindən onun səfərinin Avropa İttifaqını tərənnüm etmədiyi ilə bağlı bəyanat yayıldı. Seçki Müşahidə Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) müşahidə missiyasının rəhbəri Zlatko Vujoviç prosesin qütbləşmiş mühitdə keçirildiyini bildirsə də, ATƏT missiyası seçkilərin səviyyəsini müsbət dəyərləndirərək gərgin vəziyyət, gizli səsvermənin pozulması, prosessual uyğunsuzluqlarla bağlı bir sıra problemləri də sadalayıb.  "Almaniya Xarici İşlər Nazirliyi ATƏT/DTİHB-nin Gürcüstan seçkiləri ilə bağlı ilkin qiymətləndirməsini tam dəstəklədiyini, lakin gərginlik və qanun pozuntuları barədə məlumatlardan narahat olduğunu bildirib. Bəyanatda deyilir ki, Almaniya hökuməti bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan və gələcək qütbləşmədən qaçmağa çağırır. Avropa Şurasının prezidenti Şarl Mişel də seçkilərlə əlaqədar MSK və müvafiq orqanların qanun pozuntuları ilə bağlı araşdırma aparmağa çağırıb. ABŞ Dövlət Departamenti Gürcüstanda keçirilən seçkilərin bütövlüyünə inamın sarsıldığını bildirib və qanun pozuntuları ilə bağlı bütün məlumatların araşdırılmasına çağırıb. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Gürcüstan hökumətinin kursunun dəyişməli olduğunu dilə gətirib. ABŞ Prezidenti Co Bayden Gürcüstan hökumətini seçkilərdəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, "Xarici agentlər haqqında" qanunu ləğv etməyə və Gürcüstandakı bütün siyasi qüvvələrlə seçkilərin bütövlüyünü bərpa etmək üçün dərhal dialoqa başlamağa çağırıb. Avropa İttifaqının Xarici siyasət üzrə nümayəndəsi Cosep Borel Gürcüstandakı seçkilərdə bütün pozuntuların təcili araşdırılmasını tələb edib", - deyə o xatırladıb.

N.Mirzəyeva qeyd edib ki, Kanada Xarici İşlər Nazirliyinin bəyanatında isə Böyük Yeddilik və Avropadan olan tərəfdaşlarla koordinasiyada ölkədə keçirilən parlament seçkilərinin gedişi və nəticələrinə görə Gürcüstanla münasibətlərə yenidən baxılacağı qeyd edilib. İsveçin xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Benjamin Duza münasibətlərin dayandırılması qərarının seçkilərdən əvvəl verildiyini dilə gətirib. Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski təsdiqləyib ki, Gürcüstanın Aİ-yə daxilolma prosesi "dəyərlərindən uzaqlaşdıqca" dayandırılacaq. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç də Gürcüstanda keçirilən parlament seçkilərində pozuntular barədə məlumatların araşdırılması çağırışlarına qoşulub. Müvafiq bəyanat Norveç Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.

Siyasi təhlilçi bildirib ki, bütün bunlar Qərbin öz maraqlarını güdməsinin nəticəsidir. Gürcüstan parlamentinin eks-spikeri Şalva Papuaşvili Qərbin parlament seçkiləri ilə bağlı təzyiq dalğasını şərh edərək Qərb oyunçularını tənqidlərini faktlarla əsaslandırmağı tövsiyə edib: "Mərkəzi Seçki Komissiyasının şəffaf təşkilat olaraq fəaliyyət göstərdiyini dilə gətirən Ş.Papuaşvili şikayətlərin təqdim edilməsi üçün çağırış edib və həmin iddiaların araşdırılacağını söyləyib. Öz növbəsində Gürcüstan Prokurorluğu tərəfindən də seçkilərin saxtalaşdırılması ilə bağlı iddiaları olan şəxslərin əməkdaşlığa dəvət olunduğu ilə bağlı açıqlamasını görə bilərik. "Gürcü Arzusu"nun qənaətincə, Brüsseldə rəsmilər tərəfindən seçki prosesi hədsiz dərəcədə siyasiləşdirilib və bu cür yanaşma ölkənin Avropaya inteqrasiyasını siyasi alətə çevirib. Bu cəhd isə öz növbəsində Avropa İttifaqının nüfuzuna xələl gətirməkdədir. Hesab olunur ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyünün dayandırılması ilə bağlı deyilənlər əsassızdır".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

11:52
14 Mart

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” - YENİLƏNİB  

11:51
14 Mart

Komitə sədri: Şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır  

11:49
14 Mart

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!