25 May 2023 09:50
524
Mədəniyyət
A- A+
Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızda mədəni irsin vəziyyətinin monitorinqinin keçirilməsini tələb edir

Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızda mədəni irsin vəziyyətinin monitorinqinin keçirilməsini tələb edir

 

UNESCO bu məsələ ilə yaxından məşğul olduğunu bildirib

 

Hayastanın ölkəmizə qarşı ideoloji terroru davam etməkdədir. Dünyanın müxtəlif yerlərinə səpələnmiş haylar birləşərək Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdadırlar. Təəssüf ki, erməni lobbisinin, eləcə də hayların "konyak diplomatiyası"na uyan, heç bir əsası olmadan onların uydurma saxta məlumatlarını  "həqiqət" kimi qələmə verib Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatlar, dövlətlər var. 
Dünyada özünü demokratiyanın beşiyi sayan Amerika Birləşmiş Ştatları da "erməni toru"na düşənlərin siyahısında yer almaqdadır. Bu günlərdə ABŞ Dövlət Departamentinin dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edilib. Hesabatda Azərbaycana və Ermənistana dair müəyyən hissələr yer alıb. Bu hissələr mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Azərbaycan torpaqlarının 30 ilə yaxın bir dövrdə Hayastan tərəfindən işğal olunduğunu, həmin müddət ərzində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsinin, eləcə də 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidəsinin məhv edildiyini nədənsə unudur və ya görməzlikdən gəlir. ABŞ Dövlət Departamentində bilməlidirlər ki, dağıdılan və məhv edilən 23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları, mədəni irs nümunələri Azərbaycana məxsus olub. Həmçinin erməni təcavüzü dövründə 63 məscidin tamamilə dağıdıldığı, 4 məscidin tanınmaz hala salındığı da gizli deyil. Bəzən də haylar tarixi abidələrimizi saxtalaşdıraraq dünyaya qədim erməni mədəni irsi kimi təqdim etməkdən belə çəkinmirlər. 50-dən çox forması dəyişdirilən tarix və mədəniyyət abidələrimiz var ki, ermənilər həmin abidələrin üzərinə zəng qüllələri əlavə edib kilsə və monastr kimi təbliğ edirlər. Halbuki həmin abidələr xristianlıq mövcud olmayanda da var idi. Bu sırada Tuğ kəndində yerləşən alban məbədini, Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndindəki abidələri, Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastrını və başqalarını göstərmək olar.
Azərbaycanlılar dədə-baba yurdlarından zorla köçürüldükdən sonra ermənilər həm xristianlığa qədərki, həm də xristianlıq dövrünə aid tarixi abidələri saxtalaşdıra bilmədikləri üçün dağıdaraq məhv ediblər. Buna misal olaraq, Gorus, Qafan, Mehri şəhərlərinin yaxınlığında məhv edilən xeyli sayda memarlıq abidələrinin adlarını çəkmək olar. 300 abidənin olduğu Gorus rayonunun Uz kəndi tamamilə məhv edilib. Tarixi abidələrin daşlarından isə tikintidə inşaat materialı kimi istifadə olunub.
ABŞ Dövlət Departamentinin sözügedən hesabatı hazırlanarkən L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan kimi radikal millətçi erməni "tarixçiləri"nə istinad etmələri isə bu hesabatın qərəzli olmasının əyani sübutudur.
Sözügedən hesabat mətbuatda yayıldıqdan sonra Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət katibi Entoni Blinkenə müraciət ünvanlayıb. İcmanın Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinə, UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, eləcə də İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb. Xatırladaq ki, bu artıq Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir.  
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdir.
Nəhayət ki, UNESCO Qərbi Azərbaycan icmasının müraciətinə rəsmi olaraq cavab verdi. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda qeyd edilir ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə icmanın qaldırdığı məsələ UNESCO-nun mandatına birbaşa aid olduğu qeyd edilməklə,  bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunduğu bildirilib.
Beynəlxalq təşkilatın göndərdiyi məktubda qeyd edilir ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə icmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə icma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubda ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırmışdır. Eyni zamanda icma nümayəndələri ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərəcəklərinə ümid etdiklərini bildirmişdilər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!