02 May 2026 13:41
377
CƏMİYYƏT
A- A+
Lənkəranda WUF13 Festivalına start verilib

Lənkəranda WUF13 Festivalına start verilib


Mayın 2-də ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Ramiz İdrisoğlu, “WUF13 Azərbaycan” əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və forumda müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Sehran Alışov qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhəri tarixi və mədəni irsini qorumaqla yanaşı, müasir tikililərlə vəhdət təşkil edir. Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə artdığını vurğulayan Sehran Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə restavrasiya işləri aparılır, abadlıq genişlənir və yeni parklar salınır.

Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.

Eldar Rəsulov isə gəncləri mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına dəvət edib.

WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

12:52
03 May

Odessanın mülki və liman infrastrukturuna hava zərbələri endirilib, ölənlər var

12:51
03 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndərilib 

12:36
03 May

Ağ Evin 5 min əsgəri Almaniyadan çıxarmaq qərarı ABŞ parlamentində etiraza səbəb olub  

12:17
03 May

Ukrayna Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmini məhv edib

11:22
03 May

“Bakı Marafonu 2026” başlayıb

10:23
03 May

Bu gün Ümumdünya Günəş Günüdür

10:01
03 May

Birjalarda qızıl və gümüş bahalaşıb

09:46
03 May

Dünya birjalarında neft ucuzlaşıb

09:34
03 May

Tramp: İranın bizə göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm

09:23
03 May

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

08:16
03 May

Lənkəran şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb 

22:31
02 May

Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək– XƏBƏRDARLIQ  

20:58
02 May

Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib

20:47
02 May

Premyer Liqa: “Kəpəz”dən əzmkar qələbə, “Araz-Naxçıvan” məğlub olub

20:36
02 May

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

20:07
02 May

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən görüntülər paylaşıb  VİDEO

18:38
02 May

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı 

14:34
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!