Qarabağ yenidən dünyanın diqqət mərkəzindədir
Bu dəfə münaqişə və savaş ocağı yox, əmin-amanlıq və inkişaf regionu kimi
Prezident İlham Əliyev bütün Qarabağı dünyanın yeni möcüzəsinə çevirəcək. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyası, yeni infrastrukturun yaradılması istiqamətində reallaşdırılan nəhəng layihələr məhz bu qənaətə gəlməyə imkan verir.
Antik dövrdə inşa edilən Misir piramidaları, İsgəndəriyyə mayakı, Babilin asma bağları, Artemis məbədi, Böyük Çin səddi, Kolizey və Tac Mahal... Bunların hamısı bəşəriyyətə ulu əcdadlarımızdan qalan qənirsiz mədəniyyət nümunələri, dünyanın möcüzələridir. İndi bu siyahıya müasir körpü, yol və tunellər, unikal abidələr, binalar, yaşayış məntəqələri əlavə olunur və onlar ağlasığmaz gözəllikləri və arxitekturaları ilə insanları heyran qoyur. Bu baxımdan erməni faşistlərinin tapdağından azad edilmiş ərazilərimizdə “ağıllı” şəhər və kəndlərin salınması, çətin relyefə baxmayaraq, Şuşaya və Kəlbəcərə yeni yolların çəkilməsi deməyə əsas verir ki, Azərbaycan 30 illik işğaldan sonra dünyanın yeni möcüzələrini yaradır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının apardığı analiz də bu fikirləri təsdiq edir. Onun da vurğuladığı kimi, Prezident İlham Əliyevin Qarabağla bağlı reallaşdırdığı iqtisadi islahatlar, tətbiq etdiyi iqtisadi yeniliklər nəinki region, hətta bütün dünya üçün əhəmiyyətlidir. Müharibədən yenicə çıxmış Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ildırım sürəti ilə böyük quruculuq işlərinə start verməsi, ən qabaqcıl beynəlxalq təcrübəyə söykənərək iqtisadiyyatın, aqrar sektorun, turizmin inkişafına başlaması və fantastik tərzdə şəhərsalmanı həyata keçirməsi dünyanı heyran qoyur.
İİTKM-in rəhbəri qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin bərpası modeli unikaldır. Artıq Ağdam Qarabağın sənaye mərkəzinə çevrilir, Cəbrayıl ətrafında nəqliyyat-logistika qovşağı formalaşdırılır, Kəlbəcər daha çox dağ-mədən sənayesinin inkişafına səmtlənir. Dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşanın isə qısa müddət ərzində şöhrətinin dünyaya yayılacağı şübhəsizdir.
30 illik işğal ərzində erməni faşistləri özlərinin amansız rejimlərini ortaya qoydular, Ermənistanın siyasi rəhbərliyi apardığı savaşlarla öz xalqının da düşməni olduğunu sübut etdi. Onlar Qarabağda bir kəndi belə salamat saxlamadılar, peşələri yalnız dağıtmaq, viran qoymaq və bir də səngər qazıb istehkam qurmaq, işğal etdikləri torpaqları minalamaq oldu. Bu gün də məğlubiyyətin uçurumunun dibində can verən erməni nasistləri savaş ritorikasından əl çəkmir, “müdrik xalq”dan çox böyük güclər tərəfindən idarə olunan oyuncaq xunta rejimi olduqlarını bir daha təsdiqləyirlər. Azərbaycan isə erməni faşistlərinin bütün təxribatlarına və müharibəni yenidən alovlandırmaq cəhdlərinə baxmayaraq, sülhsevər və qurucu olduğunu nümayiş etdirir.
V.Qasımlı hesab edir ki, adıçəkilən dörd bölgə - Şuşa, Ağdam, Cəbrayıl və Kəlbəcər Qarabağın inkişaf strategiyasının əsas istiqamətlərini təyin edəcək. İşğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar, çəkilən avtomobil və dəmir yolları bu dörd ağırlıq mərkəzini bir-birinə bağlayacaq, regionun sürətli inkişafının və bütün Azərbaycana harmonik reinteqrasıyasının təminatçısı olacaq. Qarabağda “ağıllı” kənd və şəhər layihələrinin icrasına start verilməsi, bölgənin “yaşıl enerji” zonası elan edilməsi və BP kimi nəhəng bir şirkətin 200 milyon dollarlıq sərmayə ilə bərpa işlərinə qoşulması işğaldan azad olunmuş ərazilərin bütün dünya üçün xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir. O həmçinin belə bir fikir irəli sürür ki, BP şirkətinin bu təşəbbüsünə digər beynəlxalq şirkətlər də qoşulacaq, Türkiyənin, İtaliyanın və digər dost ölkələrin sərmayə yatırması bir multiplikator effekti yaradacaq, bölgəyə sanballı sərmayələrin cəlb edilməsinə təkan verəcək.
İİTKM-in icraçı direktoru münaqişənin tam həll olunmasında Azərbaycanın gözləntilərinin iki istiqamətdən ibarət olacağını diqqətə çatdırır: “Birincisi, Qarabağın Azərbaycana reinteqrasiyası hesabına dövlətimizin iqtisadi qüdrəti daha da artacaq, ikincisi isə, regional kommunikasiyalar açıldıqdan sonra daha çox üstünlüklər əldə edəcəyik. Zəngəzur dəhlizinin açılması yalnız Naxçıvan və digər bölgələrlə əlaqələrin bərpa edilməsi yox, həm də Xəzər dənizi hövzəsi, Aralıq və Qara dənizləri hövzələrinin bir-birinə bağlanması, Çindən Avropaya gedən quru yolunun bərpası deməkdir”.
Qarabağın bu gün tikinti meydançasına, müasir dünya təcrübəsinin və yüksək texnologiyaların tətbiq edildiyi unikal məkana çevrilməsi, ən qısa müddət ərzində hamını heyran qoyacaq “ağıllı” kəndlərin və şəhərlərin salınması bütün dünyanın diqqətini yenidən bu bölgəyə cəlb etmişdir. Amma bu dəfə münaqişə, qan, savaş ocağı yox, sülh və inkişaf regionu kimi.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!