05 May 2024 10:00
399
Mədəniyyət
A- A+

"Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" kitabı nəşr edilib

 

Filologiya elmləri doktoru Almaz Ülvi və Həqiqət Binnətovanın həmmüəllifliyi ilə "Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" kitabı çapdan çıxıb. 
AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri Göyçə mahalının Kəsəmən kəndinin Qarabağ uğrunda canını qurban vermiş şəhid oğullarının və 
44 günlük Vətən müharibəsi qəhrəmanlarının döyüş yolundan bəhs ediblər. Kitabda hadisələr belə bir ardıcıllıqla oxuculara təqdim olunur: 1990-cı il 20 Yanvardan başlayan faciəvi yol, 
I Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və nəhayət, 2020-ci il 8 Noyabr Zəfər bayramı.
Kitab Prezident İlham Əliyevin çıxışlarından götürülmüş epiqrafla açılır: "Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq! ... Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə..."
Nəşrdə belə bir fikir vurğulanır ki, 1990-cı ilin 20 Yanvarında 20 yaşlı bir gəncin - Bünyadzadə Ülvi Yusif oğlunun "And"ını qəbul etmiş Vətən övladları Zəfər döyüşündən üzüağ çıxdılar.
Müəlliflər daha sonra bildirirlər: "Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" adlı bu yaddaş kitabımız "Vətən simurqları" kitabına əlavədir. Əslində, burada nəşr olunan yazılar "Vətən simurqları" kitabında da yer alıb. Eyni zamanda belə bir yaddaş kitabı hazırlamağı özümüzə borc bildik. Müharibə bitəndən az sonra əsgər və zabitlərimiz Ali Baş Komandan tərəfindən orden və medallarla təltif edildi. Bu kitabı hazırlayarkən hələ oğullarımız cəbhədə idi, onlar cəbhədə ola-ola haqqında qeydləri toplayıb hazırlamışdıq, yəni kimin hansı orden və medalı aldığını o zaman bilmirdik deyə burada göstərilməyib. Bu yaddaş kitabının ikinci təkmilləşdirilmiş nəşrinə ehtiyac olarsa, o zaman onları əlavə edə bilərik. Hazırda isə düşündük ki, elə ən böyük orden-medal Qarabağın özüdür. Orden və medalların təsvirini kitabın sonunda vermişik, həmin illərin xatirəsi kimi. Qarabağdan sonra haqq yolumuzun davamı Göyçə, İrəvan, Zəngəzur, Zəngibasar, Dilican ...".
Kitabdakı "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!" misraları ilə başlayan "44 günün əfsanəsi" adlı irihəcmli yazıda vurğulanır ki, Qarabağı düşmən işğalından azad etmək üçün "Qarabağ Azərbaycandır və nida" gəncliyin 44 günlük mübarizə şüarı oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video