07 Aprel 2023 01:00
1560
Oxucu məktubları
A- A+

Qaldırdığım məsələ operativ həll edildi

 

Dövlət başçısının rəhbər vəzifəli şəxslərə qəbullar zamanı vətəndaşlarla təmasda olmaları, onları narahat edən problemlərə həssaslıqla yanaşmaları barədə verdiyi tapşırıqlar Qazax rayonunda da icra edilir.
Bu yaxınlarda rayon icra hakimiyyəti başçısının kəndimizdə keçirdiyi səyyar görüşdə evimin yaxınlığında yerləşən 400 kilovoltluq elektrik stansiyasının təhlükə törətməsi barədə məsələ qaldırdım və həmin stansiyanın ətrafına təhlükəsizlik toru çəkilməsini xahiş etdim. Problemlə bağlı aidiyyəti qurumlara tapşırıq verildi və bir neçə gündən sonra məsələ həll olundu. Buna görə qəzetiniz vasitəsilə əlaqədar qurumlara minnətdarlığımı bildirirəm. 

Fəqan RƏHİMOV,
Qazax rayonu Qazaxbəyli kəndinin sakini, 
3-cü dərəcəli Vətən müharibəsi əlili

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video