04 Oktyabr 2024 16:02
1233
SİYASƏT
A- A+
Qafqazın sabitlik ünvanı  

Qafqazın sabitlik ünvanı  

İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı mütərəqqi nümunəyə çevirib


Hazırda dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur. Yaxın Şərqdə yaşanan münaqişə, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinin davam etməsi deyilənlərin bariz təcəssümüdür. 

Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasi sabitlik höküm sürür. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir. Qazanılan iqtisadi uğurlar da bu sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.

Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Həyata keçirilən müstəqil siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik olan dövlətlər sabitliyə, inkişafa nail olaraq beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal,  mütərəqqi nümunə kimi çıxış edir.

Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü uğurlu siyasətdir. Son illərdə həyata keçirdiyi müstəqil, qətiyyətli siyasəti ilə dünya liderləri sırasında söz sahibi kimi tanınan Prezident İlham Əliyev Azərbaycanı həm də etibarlı tərəfdaşa çevirib. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti bu gün həm də Avropada ən arzuolunan liderdir. Bunu biz yox, elə Avropa ölkələrinin bəzi lederləri də söyləyirlər. Avropada elə bir mühüm toplantı, sammit, konfrans yoxdur ki, İlham Əliyev oraya dəvət olunmasın və həmin toplantıda çıxış etməsin. Çünki İlham Əliyev istənilən formatlı beynəlxalq toplantıda reallıqlara, dünyanın qlobal problemlərinə toxunur, bütün narahatedici məsələlərin həlli üçün həmrəyliyin vacibliyini bəyan edir və eyni zamanda problemlərin həlli istiqamətində atılmalı olan addımları təqdim edir. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır: "Biz görürük ki, sabitlik pozulanda inkişaf  barədə söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".

Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qədrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analiz etmə, dorğu qərar vermə bacarığı, uğurlu diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözünə sadiq lider olduğunu dəfələrlə isbatlamasıdır. 

Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib desək yanılmarıq. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hər bir ölkə və beynəlxalq təşkilatlar kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu Azərbaycanı dünyada söz sahibinə çevirib. 

Təkcə son iki ayda Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə edib, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasına səbəb olub. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür,

Hazırda Azərbaycan bölgənin lider dövlətidir. Regionda formalaşan yeni reallığı Azərbaycan yaradıb. Şanlı Zəfərdən sonra yaranan mühit göstərir ki, Azərbaycan savaş deyil, sülh tərəfdarı kimi regionun hərtərəfli inkişafı üçün əlindən gələni edir.  

Bölgədə marağı olan istənilən dövlət Azərbaycanla hesablaşmalıdır. Artıq Azərbaycan tək deyil, strateji tərəfdaşlarının, müttəfiqlərinin sayı gündən-günə çoxalır və bütün bunlar da ölkəmizin gücünə güc qatır. Azərbaycan Cənubi Qafqazın ən güclü, ən nümunəvi dövlətidir. 

Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi Azərbaycanın uğurlarını davamlı olaraq artırır. Lakin müəyyən beynəlxalq dairələr regiondakı prosesləri öz maraqlarına uyğun yönləndirməyə çalışsalar da, istəklərinə nail ola bilmirlər. Ermənistanı silahlandırıb yenidən regionda müharibə ocağı yaratmaq istəyənlərin də arzuları da ürəklərində qalacaq. 

Hazırda Azərbaycan dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a hazırlaşır. Bu beynəlxalq toplantının ölkəmizdə keçirilməsi Azərbaycana böyük dvidentlər qazandıracaq. Noyabr ayında ölkəmizə təşrif buyuracaq dövlət və hökumət başçıları, minlərlə beyin mərkəzləri bir daha Azərbaycan həqiqətləri ilə tanış olacaqlar.  Bütün bunlar isə Azərbaycanın hərtərəfli tərəqqisi üçün real zəmin yaradacaq.

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!