10 İyun 2026 15:40
326
DÜNYA
A- A+
Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır


Türkiyənin təhlükəsizliyi onun sərhədləri hüdudlarından çox kənarda - Hələb, Dəməşq, Beyrut və regionun digər yerlərində başlayır.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankarada keçirilən parlament fraksiya iclasında çıxışında verib.

Dövlət başçısı Şərqi Aralıq dənizində anti-Türkiyə planlarının həyata keçirilməsi cəhdlərinə diqqət çəkərək Ankaranın və qardaş Şimali Kipr xalqının hüquq və mənafelərini pozan hər hansı bir addımın qaçılmaz olaraq qətiyyətli və sərt cavabla qarşılanacağını vurğulayıb.

O qeyd edib ki, regionda hər bir gərginlik genişmiqyaslı fəsadlarla müşayiət olunur və bunun mənfi nəticələri bütün dünyada hiss olunur. “Dialoqu sabotaj etmək cəhdlərinə baxmayaraq, Türkiyə regionda və dünyada sülhə və sabitliyə töhfə verməyə davam edəcək”, - deyə siyasətçi əmin edib.

Türkiyə lideri əlavə olaraq, cari ilin Ankaranın beynəlxalq nüfuzunun və etibarının daha da artacağı bir dövr olacağına əminliyini ifadə edib.

Ərdoğan diqqəti 2026-cı ildə ölkədə keçiriləcək genişmiqyaslı beynəlxalq tədbirlərə çəkib. “Biz 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO liderlərinin Zirvə toplantısına xüsusi əhəmiyyət veririk. ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn sammitdə şəxsən iştirak edəcəyi barədə son açıqlama Alyansın birliyini gücləndirmək üçün mühüm addımdır”, - deyə Türkiyə Prezidenti bildirib. O, Ankarada keçiriləcək NATO sammitinə marağın dünyada artdığını qeyd edib.

“Ankara sammitinin NATO tarixində əlamətdar bir hadisəyə çevrilməsini təmin etmək üçün hazırlıqları gücləndirmişik. Qalan vaxtdan maksimum dərəcədə səmərəli istifadə edəcəyik”, - deyə o bildirib.

Dövlət başçısı, həmçinin oktyabr ayında keçiriləcək və bundan sonra Türkiyənin Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına ev sahibliyi edəcəyi 77-ci Beynəlxalq Astronavtika Konqresinin (IAC / 5-9 oktyabr, Antalya) əhəmiyyətini qeyd edib. Nəhayət, 9-20 noyabr tarixlərində Antalyada 197 ölkənin nümayəndələrinin iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 31-ci sessiyası keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!