19 Avqust 2026 13:30
339
SİYASƏT
A- A+
Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir 

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir 


ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə bildiriş göndərməsi iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir. Co Bayden administrasiyası dövründəki mücərrəd siyasi ambisiyaları arxada buraxan Donald Tramp praqmatik siyasət yürüdərək Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsinin ABŞ-nin milli maraqlarına cavab verdiyini bəyan edib.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən əsas amillər hər iki ölkənin regional və qlobal maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşməsi ilə bağlıdır.

“Azərbaycanın geostrateji mövqeyi, enerji resursları, nəqliyyat imkanları və regional təhlükəsizlikdə rolu ABŞ üçün ölkənin əhəmiyyətini artırır. Azərbaycan üçün isə ABŞ ilə əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, xarici investisiyaların cəlb edilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, habelə beynəlxalq siyasi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir mərhələdə enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır. Tərəflər elektrik enerjisi, bərpaolunan enerji, regional enerji interkonnektorları və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Cari ildə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens, ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin Azərbaycana səfərləri ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. ABŞ-ın Vitse-prezidentinin fevralda səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə xüsusi ilə əhəmiyyətlidir. Orta Dəhlizin inkişafı Azərbaycan-ABŞ əməkdaşlığının yeni istiqamətlərindən birinə çevrilib.

Strateji Tərəfdaşlıq Xartiyasında nəqliyyat, enerji, rəqəmsal bağlantı, ticarət və logistika sahələrində regional əlaqələrin gücləndirilməsi prioritet kimi müəyyənləşdirilib. Sənəddə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında bağlantının təmin olunmasına yönələn “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün də regional ticarət və tranzit potensialına töhfə verə biləcəyi qeyd olunur”, - deyə Milli Məclisin deputatı nəzərə çatdırıb.

Sadiq Qurbanov 907-ci düzəlişin simvolik xarakter daşıdığını desə də, buna baxmayaraq iki müttəfiq ölkə arasında belə bir qadağanın olması qarşılıqlı əlaqələrin inkişafına maneə olduğunu sözlərinə əlavə edib: “Azərbaycanın iqtisadi inkişafını nəzərə alsaq onun yardıma ehtiyacı olmadığını görərik. Lakin bu bədnam “düzəliş” ABŞ-nin özünə də bir sıra məsələlərin reallaşmasında əngəl törədir. Çünki Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi onun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Xəzər dənizi üzərindən Avropa və Asiyanı birləşdirən marşrutlarda Azərbaycanın mühüm tranzit ölkə kimi çıxış etməsi ABŞ-nin regional siyasəti baxımından da əhəmiyyətlidir. Bununla yanaşı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrindəki mövqeyi ABŞ üçün həm iqtisadi, həm də strateji əhəmiyyət kəsb edir. Prezident Donald Trampın praqmatizmi bu “düzəlişin” yaxın zamanda tamamilə aradan qaldırılacağını deməyə əsas verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!