02 May 2024 16:00
264
DÜNYA
A- A+

Polis Paris meriyasının qarşısındakı qaçqın düşərgəsini dağıdıb

 

Fransa polisi Parisdə meriya yaxınlığında sığınacaq axtaranların çadır düşərgəsini söküb. Səhər açılmamış polis hadisə yerinə gəlib və Qərbi Afrikadan olan təxminən 100 gənc və yeniyetməni ərazini tərk etməyə məcbur edib. Onlara Anjer şəhərindəki qaçqınların qəbulu mərkəzinə getməyi təklif ediblər. Lakin buna yalnız bir neçə nəfər razılaşıb.

QHT-lər bunun Yay Olimpiya Oyunları öncəsi miqrantların Paris küçələrindən köçürülməsi kampaniyasının bir hissəsi olduğunu deyirlər.

"Yəqin ki, onların çoxu başqa şəhərə getməkdən imtina edəcək. Çünki getsələr, məhkəməyə müraciət edə bilməyəcəklər. Ona görə də sadəcə əşyalarını götürüb başqa yerdə yaşayırlar, - deyə Le Revers de la Medaille QHT-nin koordinatoru Antuan de Klerk bildirib.

Polis ilk dəfə deyil ki, yazda belə əməliyyatlar həyata keçirir, lakin hüquq müdafiəçilərinin sözlərinə görə, bu il belə təmizləmələrin sayı daha çoxdur və miqrantlar şəhərətrafı ərazilərə deyil, paytaxtdan daha uzağa aparılır.

Paris hakimiyyəti, öz növbəsində, miqrantların digər şəhərlərə hazırkı hərəkətinin qarşıdan gələn Olimpiada ilə bağlı olduğunu inkar edir və meriyanın yaxınlığındakı düşərgənin təhlükəsizlik məqsədilə söküldüyünü bildirir.


 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video