17 May 2025 08:35
652
İQTİSADİYYAT
A- A+
Poçt göyərçinindən İKT-yə...

Poçt göyərçinindən İKT-yə...


Xəbər verildiyi kimi, Dünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən "Azərpoçt"un dəstəyi ilə Bakıda  3 gün davam edən "Poçt Liderləri Forumu" keçirilib. 

Avropa və MDB regionundan olan 30-dan çox ölkənin 150-dən artıq yüksəksəviyyəli nümayəndəsinin - milli poçt xidmətlərinin, texnologiya və e-ticarət şirkətlərinin təmsilçilərinin, eləcə də ekspertlərin iştirakı ilə baş tutan forumda qlobal tendensiyalara və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyası mövzularında müzakirələr aparılıb.

Bu gün ölkəmizdə poçt və kuryer xidmətlərini təmin edən dövlət qurumu  "Azərpoçt" fəaliyyət göstərir. Azərbaycan poçtu həm yerli, həm də beynəlxalq poçt göndərişlərinin çatdırılması, pul köçürmələri, müxtəlif növ xidmətlərin təklif edilməsi və poçt nöqtələrinin idarə edilməsi kimi geniş fəaliyyət sahələrini əhatə edir. Qeyd edək ki, poçtun  bu günə kimi gəldiyi yol çox uzaq zamanlardan başlayaraq olduqca uzun və zəngin tarixə malikdir. Onun ilk formaları qədim ticarət yolları və karvan yolları üzərində qurulmuş əlaqə sistemlərinə dayanır. Bu tarixi yol zaman-zaman müxtəlif imperiyaların, dövlətlərin və dövrlərin təsiri ilə inkişaf etmiş, yenilənmiş və müasir dövrdə rəqəmsallaşmış bir xidmət sisteminə çevrilmişdir.

İlk zamanlar məlumat və məktublar atlı kuryerlər və karvanlar, ya da poçt göyərçinləri vasitəsilə ötürülüb. Səfəvilərin hakimiyyəti dövründə  dövlət idarəçiliyi və ordu üçün mərkəzləşdirilmiş poçt şəbəkəsi təşkil edilib. XIX əsrdə xüsisi poçt idarələri yaradılıb. 1818-ci ildə Şuşada, sonra Bakıda poçt şöbələri yaradılıb və beynəlxalq poçt mübadiləsi formalaşıb.  70 illik sovetlər zamanında poçt sistemi inkişaf edərək ümumittifaq rabitə şəbəkəsinə inteqrasiya olundu.  Məktublar, qəzetlər, teleqramlar, pul köçürmələri poçt vasitəsilə həyata keçirilirdi. Poçt xidmətləri şəhərlərlə yanaşı, kəndlərdə də geniş yayılmışdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə  rabitə  sahəsində "Azərpoçt" MMC yaradıldı. Bu,  müstəqil Azərbaycanın ilk milli poçt operatoru idi.  Son 30 illik bir zaman kəsiyi poçt sistemindəki köklü dəyişikliklərə şahidlik etdi. Yeni poçt idarələri yarandı,  beynəlxalq əməkdaşlıqlar quruldu. Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqına inteqrasiya olundu. Elektron poçt, izləmə sistemləri, onlayn xidmətlər kimi müasir funksiyalar tətbiq edildi.

Hazırda "Azərpoçt" yüzlərlə şöbəsi ilə birlikdə ölkənin ən böyük poçt şəbəkəsi olaraq, maliyyə xidmətləri, onlayn ödənişlər, e-ticarət çatdırılması, rabitə və bank xidmətləri də daxil olmaqla çoxsaylı fəaliyyət göstərir. Bu fəaliyyət sahəsinə elektron hökumət sisteminin bir hissəsi kimi dövlət xidmətlərinə inteqrasiya olunmasını da əlavə etsək, poçt  xidmətinin sosial və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından  nə qədər əhəmiyyətli olduğunu görərik. Poçt sisteminin tərəqqisi onun beynəlxalq səviyyədə fəaliyyət göstərməsində də əks olunub. Xarici əməkdaşlıqlar sayəsində "Azərpoçt" həm beynəlxalq poçt göndərişlərini təmin edir, həm də qlobal poçt şəbəkəsinə inteqrasiya olunmuş bir milli operator kimi xidmətlər göstərir.

"Azərpoçt" MMC Azərbaycanın rəsmi poçt operatoru olaraq 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvüdür. Bu,  onun xarici ölkələrlə iki istiqamətli poçt mübadiləsi həyata keçirməsinə imkan verir. "Azərpoçt" transsərhəd e-ticarət sahəsində əməkdaşlıqlar quraraq, logistika mərkəzləri, gömrük inteqrasiyası və rəqəmsal izləmə kimi sistemləri təkmilləşdirir. Poçt sistemində rəqəmsal transformasiya aparmaq üçün beynəlxalq qurumlarla təlim, layihə və texniki əməkdaşlıq proqramlarında iştirak edir. "Western Union", "Contact", "MoneyGram"  kimi beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlıq edərək həm ölkədən kənara, həm də ölkəyə daxil olan pul köçürmələrini həyata keçirir. 

Bütün bunlar adıçəkilən forumun məhz Bakıda keçirilməsinə təkan verib. Tədbirdə MDB ölkələri üzrə Regional Rabitə Birliyinin baş direktoru Aleksey Borodin belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı öz fikirlərini bölüşərək deyib: "Azərpoçt" həmişə regionun ən qabaqcıl və inkişaf etmiş müəssisələrindən biri olub. Biz bilirik ki, bir çox müasir xidmətlər tətbiq olunur və dövlət səviyyəsində maliyyə və rəqəmsal xidmətlər də istifadəyə verilib. Əlbəttə, Azərbaycan coğrafi mövqeyinə görə mühüm logistik mərkəzlərdən və marşrutlardan biri kimi çıxış edir. Düşünürəm ki, məhz Azərbaycanın bu coğrafi mövqeyi, əlverişli logistik xüsusiyyətləri və tətbiq edilən innovativ xidmətlər regionumuzda inkişaf üçün əsas çıxış nöqtələrindən biridir".

Bununla belə, artıq Azərbaycanda ənənəvi poçt xidmətlərinin internetlə müəyyən dərəcədə əvəzlənməsi müşahidə olunur. Xüsusilə rəqəmsal texnologiyaların inkişafı, internetin geniş yayılması, elektron və telekommunikasiya vasitələrinin populyarlaşması poçt xidmətlərinin bir çox funksiyasını dəyişdirib, ya da azaldıb. Yeri gəlmişkən, 2006-cı ildən mayın 17-si BMT Baş Assambleyasının qərarı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Təsisatın əsas məqsədi İKT-nin əhəmiyyətini artırmaq, rəqəmsal bərabərliyi təşviq etmək, yəni internet və texnologiyaya çıxışı olmayan insanlara, xüsusilə kənd və ucqar ərazilərdə yaşayanlara diqqət yönəltmək, innovasiya və yeni texnologiyaları dəstəkləmək informasiya cəmiyyətinin qurulmasında iştirak etməkdən ibarətdir. 

Əslində, telekommuniksiyanın poçt  xidmətləri ilə birbaşa əlaqəsi var. Hər ikisinin məqsədi  məlumat və məlumat daşıyıcılarının bir nöqtədən digərinə ötürülməsidir. Poçt bunu  məktub, bağlama şəklində fiziki göndərişlərlə, telekommunikasiya isə səs, mətn və rəqəmsal siqnallar vasitəsilə edir. "Azərpoçt"  son illər  onlayn ödənişlər, e-imza, mobil tətbiqlər kimi rəqəmsal xidmətlər göstərir. Demək olar ki, poçt infrastrukturu rəqəmsal iqtisadiyyatın daşıyıcısına çevrilmişdir. Bu da o deməkdir ki, poçt telekommunikasiya texnologiyaları ilə inteqrasiya olunmuş bir xidmət sahəsinə çevrilib.

Bir sözlə, telekommunikasiya ilə poçt arasındakı birbaşa əlaqəni belə ifadə etmək olar ki, poçt fiziki, telekommunikasiya isə rəqəmsal rabitədir, amma eyni məqsədə  xidmət edirlər: insanları birləşdirmək və məlumat mübadiləsi aparmaq. Telekommunikasiya həm də internet, mobil şəbəkələr və peyk texnologiyaları vasitəsilə poçt xidmətlərinin daha çevik və əlçatan olmasına şərait yaradır. Müasir dünyada bu iki sahə bir-birini tamamlayır, dəstəkləyir və birlikdə rəqəmsal cəmiyyətin təməlini təşkil edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!