Ötən il AZPROMO-nun təşkilatçılığı ilə 190 tədbir keçirilmişdir
2011-ci il digər sahələrdə olduğu kimi, Azərbaycanın iqtisadi potensialının və ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təbliği, yerli sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu olmuşdur.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ötən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə ölkəmizdə və xaricdə 4200-ə yaxın iş adamının iştirakı ilə 190 tədbir keçirilmişdir. Azərbaycanda keçirilmiş 91 tədbirdən 29-u biznes forumu, ikitərəfli işgüzar görüş, 55-i xarici şirkət və təşkilatlarla görüş, 6-sı xarici media şirkətləri ilə görüş və Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş milli sərgidir. Xarici ölkələrdə keçirilmiş 99 tədbirdən 7-si beynəlxalq sərgi, 28-i biznes forumu və seminar, 64-ü ikitərəfli görüşdür.
2011-ci ildə AZPROMO Latviyanın Sahibkarlıq və İnkişaf Agentliyi, Fransanın Şirkətlər Hərəkatı (MEDEF), Sloveniyanın Sahibkarlıq və Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi, Yunanıstanın Xarici Ticarət Şurası, İordaniya Haşimilər Krallığının Sənaye Palatası, Stavropol Ticarət Sənaye Palatası ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamışdır. Bu sənədlər Azərbaycanın biznes və investisiya imkanlarının təşviqi, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsi baxımından əhəmiyyətlidir.
İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Direktorlar Şurasına üzv olan AZPROMO 2011-ci ildə bu təşkilat tərəfindən keçirilmiş beynəlxalq tədbirlərdə də iştirak etmişdir. Bundan əlavə, keçən il AZPROMO-nun Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti genişləndirilmiş və Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlamışdır.
Eyni zamanda, 2011-ci il ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılması və ölkəmizin ixrac qabiliyyətinin artırılması baxımından da əhəmiyyətli olmuşdur. Belə ki, ötən il AZPROMO ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkətinin yaradılmasına dəstək vermişdir. Bu şirkət hazırda Los-Anceles ştatında fəaliyyət göstərən bir sıra prestijli mağazalarda "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışını həyata keçirir.
AZPROMO tərəfindən ötən il həmçinin Azərbaycanın investisiya mühiti, biznes imkanları, ölkədə biznes qurmaq üçün mövcud qanunvericilik bazası, ölkəmizin əsas makroiqtisadi göstəriciləri və investisiya layihələri ilə bağlı 5 kitabça çap olunaraq müxtəlif tədbirlərdə paylanmışdır. Ümumilikdə, ötən il yerli və xarici iş adamlarına 4500-ə yaxın təşviqat materialları təqdim edilmişdir. Eləcə də 2011-ci ildə 200-ə yaxın şirkətin istehsal etdiyi məhsullardan ibarət Azərbaycan məhsullarının, 100-ə yaxın şirkətin istehsal etdiyi sənaye məhsullarının və MDB-nin 20 illiyinə həsr olunmuş sərgi üçün hazırlanmış 140-a yaxın şirkətin istehsal etdiyi məhsullar barədə 3 kataloq hazırlanmışdır. Hər 3 kataloqun elektron versiyası İqtisadi İnkişaf Nazirliyinin və AZPROMO-nun internet səhifələrində yerləşdirilmiş və müxtəlif tədbirlərdə iş adamlarına paylanmışdır.
Bunlarla birlikdə 2011-ci ildə AZPROMO tərəfindən xarici investorların və yerli iş adamlarının müxtəlif mövzularda - ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, investisiya fəaliyyəti, idxal-ixrac əməliyyatları, yeni bazarların tapılması və s. sahələrdə sualları cavablandırılmış, müvafiq tövsiyə və məsləhətlər verilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!