05 Mart 2026 23:45
874
CƏMİYYƏT
A- A+
Ombudsmanın: Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir  

Ombudsmanın: Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir  


“Bu gün İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib. Mülki obyektlərin hədəfləndiyi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmanın bəyanatında bildirilir. Qeyd olunub ki, mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur:

“Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir.

Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!