18 May 2026 10:43
179
CƏMİYYƏT
A- A+
Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ilə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bununla da ölkəmizdə bu sahədə ardıcıl və sistemli fəaliyyətin möhkəm təməli qoyulub.

Ulu Öndərin insan hüquqları sahəsində müəyyən etdiyi uğurlu siyasətin davamlılığını təmin edən və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində mayın 18-dən iyunun 18-dək “İnsan Hüquqları Aylığı” elan edilir, paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu təşəbbüs artıq ənənə halını alıb. Bu ənənənin davamı olaraq, qarşıdan gələn 18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində cari ilin 18 may-18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” (bundan sonra – Aylıq) elan edirik.

Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır. Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək də əsas hədəflərdəndir.

Müasir dövrdə insan hüquqlarının təmini ilə bağlı çağırışlar daha da şaxələnib. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişiklikləri və postmünaqişə reallıqları bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu kontekstdə rəqəmsal mühitdə hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Bununla yanaşı, sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi prioritet istiqamətlər sırasındadır. Postmünaqişə dövründə təhlükəsiz yaşayış mühitinin təmin edilməsi, mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, reinteqrasiya proseslərinin insan hüquqları prinsiplərinə uyğun həyata keçirilməsi də xüsusi diqqət tələb edən məsələlərdəndir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhər mühitinin insan hüquqları ilə ayrılmaz bağlılığını xüsusi aktuallaşdırır. Bu baxımdan, təhlükəsiz, sağlam və inklüziv yaşayış mühitinin formalaşdırılması, həssas qruplar üçün əlçatanlığın təmin edilməsi, ekoloji tarazlığın qorunması və qərarvermədə ictimai iştirakın gücləndirilməsi insan hüquqlarının səmərəli həyata keçirilməsinin mühüm şərti kimi çıxış edir.

Qeyd olunan çağırışlar nəzərə alınaraq, Aylıq çərçivəsində insan hüquqlarına dair aktual mövzular üzrə hüquqi maarifləndirmə fəaliyyətinin genişləndirilməsi zəruri hesab olunur. Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, elm, təhsil, mədəniyyət, tibb və sosial xidmət, cəzaçəkmə müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını - qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini, həmkarlar ittifaqlarını, eləcə də digər aidiyyəti qurum və müəssisələri Aylığın yüksək səviyyədə keçirilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri və ictimai məlumatlandırma kampaniyaları təşkil etməyə, maarifləndirici materiallar hazırlayıb əhali arasında yaymağa, habelə həyata keçirilən tədbirlərin və sosial çarxların media və rəqəmsal platformalarda geniş işıqlandırılmasına fəal şəkildə qoşulmağa çağırırıq.

Yeri gəlmişkən, insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə Aylığın yekunu olaraq 2026-cı il iyunun 18-19-da Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr olunmuş Ombudsmanların Bakı Sammitinin keçirilməsi nəzərdə tutulur. Sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, eləcə də sosial media platformalarında #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə paylaşılması xahiş olunur.

Sonda, şəhid ailələri, müharibə iştirakçıları, mina qurbanları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər və miqrantlar da daxil olmaqla, əhalinin bütün qruplarının hüquqlarının təşviqi, müdafiəsi və təmini məsələlərinə xüsusi həssaslıqla yanaşılacağına, bu sahədə maarifləndirmə fəaliyyətlərinin daha da genişləndiriləcəyinə, görülən işlərin ictimaiyyətə operativ və dolğun şəkildə çatdırılmasında, habelə media və rəqəmsal platformalarda işıqlandırılmasında yüksək fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib  

14:08
18 May

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib  

13:01
18 May

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

13:00
18 May

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

12:51
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edir YENİLƏNƏCƏK

12:47
18 May

“Baraka” AES-də dron hücumundan sonra radiasiya sızması aşkar edilməyib  

12:39
18 May

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

11:21
18 May

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

10:49
18 May

WUF13 “Urban Expo” sərgisinin açılışı olub 

10:47
18 May

Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

10:43
18 May

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib – YENİLƏNİB

10:06
18 May

18 May - Beynəlxalq Muzeylər Günüdür

10:02
18 May

İcraçı direktor: WUF13 BMT-nin Məskunlaşma Proqramının indiyədək təşkil etdiyi ən böyük sessiyasıdır

09:59
18 May

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir 

09:53
18 May

UN-Habitat: Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib

09:46
18 May

Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır

09:23
18 May

Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

09:19
18 May

WUF13-ün ilk günü nazirlər görüşü, bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb VİDEO  

09:13
18 May

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

09:13
18 May

Səudiyyə Ərəbistanı hava məkanına daxil olan üç dronu ələ keçirib

08:57
18 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

08:46
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!