19 Mart 2025 09:25
684
Mədəniyyət
A- A+
Nügədi paxlavası, Buduq qovurması, Gültəpə halvası

Nügədi paxlavası, Buduq qovurması, Gültəpə halvası


Dünya yaranandan bəri torpaq üzərində qurulan, addım-addım Yer üzünü dolaşan adətlərdən biri də baharın gəlişi ilə keçirilən tədbirlərdir. Bu tədbirlər dünyamızın gözəllik payıdır desək, səhv etmərik. 

Etiraf edək ki, təbiətin oyanışı, bülbüllərin avazı, qaranquş sevdası və digərləri qəlbimizin bahar sevgisiylə qoşalaşdığından ona bəslədiyimiz məhəbbət min il keçsə belə, azalmır ki, azalmır. Çünki Novruz yaranışın, şəffaflığın, bərabərliyin, birliyin və sabaha açılan qapının açarıdır.

Multikultural dəyərlərə söykənən ölkəmizdə yaşayan bütün xalqlar baharı müxtəlif adətlərlə qarşılasalar da, onların kökünü Azərbaycan ruhu birləşdirir. Şabranda da Novruz əsrlərdən gələn adətlərlə qeyd edilir. Ərazidə yaşayan azərbaycanlılarla birlikdə ləzgi, tat, Mesxeti türkləri, dağlılar martın əvvəlində bayrama hazırlıqlara başlayırlar. Qohumlar arasında bir-birinə xəbər göndərib ilk çərşənbənin ertəsi bir yerə yığışırlar. Hər kənddə bir adamı başçı seçərək ona tapşırıqlar verirlər. O adam kənddə hamının qapısını döyüb pul yığır və həmin pula buğda alınır. Hər evdə həmin buğdadan səməni qoyulur. Tatlar baharın gəlişini 3 gün qeyd edirlər. Son çərşənbədə qərara alınır ki, məşhur səməni horrasını bu dəfə filankəs bişirsin. Bayram axşamı hamı səmənisini həmin adamın həyətinə gətirir. Qonşular səməniləri toxmacla əzir və iri qazanlarda horra bişirirlər. Horra 12-14 saat ərzində hazır olur. Səhər erkən kənd uşaqları onu ev-ev paylayırlar. Bayram axşamı isə hamı ocaq başında bir yerə yığışır və sübhədək deyib gülür, oynayırlar. 

Qubada da Novruz mənzərəsi maraqlıdır. Rayonun 160 minə yaxın əhalisinin tərkibində etnik qrupların, azsaylı xalqların nümayəndələri az deyil. Qubada bu azlıqlar bir ocaq başına yığışan mehriban ailəni xatırladır. Burada ocaq istisi qəlb sevgisi ilə birləşir. 

Qubada deyirlər ki, bahar özünü yetirməmiş yeddi çölün, düzün, bağın və dağın göyərtisindən göy qutabı yemək lazımdır. Əgər şirin ağızla təbiətin göyərtisi birləşərsə, demək, bahar qapının ağzındadır. Axır çərşənbədə isə hamı sübhün al şəfəqində axar su üstündən keçər, dua edərlər. Çaydan götürdükləri suyu qapı ağzına, bağa-bostana səpərlər ki, ruziləri bol olsun. Bayram axşamı kəndlərdən musiqi sədaları hər tərəfi bürüyər. Nügədi kəndinin cavanları yaxınlıqdakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları tonqalları sıra ilə qalarlar. 

Quba mətbəxi bayram günlərində xüsusilə seçilər. Nügədi paxlavası, Buduq qovurması, yaxud cücə-plovu, Susay aşı, Gültəpə halvası və başqa mətbəx nemətləri Qubanı daha da ətirləndirər. 

Qırmızı qəsəbədə yaşayan yəhudilər də baharı coşqu ilə qarşılayarlar. Bayram axşamı tonqal başında hamıya şəkərbura, qoğal paylanar. Bayramda insanlar yanaşı oturarlar. Birliyə və bütövlüyə əbədi yol alan insanları Novruz məhəbbəti birləşdirər. Baharın 13-cü günü Qudyalçayın sahilində hərə bir niyyətlə gətirdiyi səmənini suya atar və qəlbində niyyət tutar.

Qusarda bahara hazırlıq Boz ay başlayandan görülər. Böyüklü-kiçikli hamı odun yığmağa başlayar. Novruza ləzgi dilində "Yaransuvar", yəni "yeni gün" deyirlər. Çərşənbə axşamlarından öncə mis qaba su töküb saxlayar və bayram günü su dolu qabı 7 evə apararlar. Əgər evlərdəki insanlara su çatarsa, arzular yerinə yetmiş olar. 

Bayramda qusarlıların evləri qonaqlı-qaralı olur. Bir də bu günlər kimə elçi getsələr, gələcəkdə doğulan uşağa Novruz və Bahar adlarını verərlər. 

Ömrün günləri bənövşə ətirli baharla tamam dəyişir. Çünki bahar göylərin yerə nemət payıdır. Beləcə bu günlər Yer üzündən bir bahar da keçir. Qarşıda isə hələ neçə baharımız var.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!