Nəriman Həsənzadə: Şuşa öz məlhəm havası, bal kimi şirin suyu, qənirsiz gözəlliyi ilə möhtəşəmdir, bənzərsizdir!
Xalq şairi Nəriman Həsənzadə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimindən zəngin təəssüratla qayıdıb. O, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilən və milli ədəbiyyata sevgisinin ifadəsi olan bu gözəl memarlıq abidəsinin təntənəli açılışında da iştirak edib.
Elə AZƏRTAC-ın müxbiri ilə söhbətinə də həmin hadisədən başlayıb: “O xoşbəxt taleli insanlardanam ki, mənə bu abidənin 39 il əvvəlki açılış mərasimində iştirak etmək də nəsib olub. O vaxt Ulu Öndər açılışa ailə üzvləri ilə bərabər elm, mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupunu da aparmışdı. Onun böyük şairə olan bu münasibəti milli ədəbiyyata, Vaqif yaradıcılığına məhəbbətdən irəli gəlirdisə, bir tərəfdən də diyarın tarixi, mədəni abidələri, əhalisinin etnik mənsubiyyətini nümayiş etdirməklə əlaqədar idi. Həmin tədbirdə Ulu Öndərin söylədiyi nitq onun bu tarixi diyara qayğısının, ona verdiyi yüksək dəyərin və böyük ədəbiyyat sevgisinin ifadəsi idi”.
Xalq şairi xatirəsinə davam edərək deyib: “Həmin gün güclü qar yağırdı. Amma biz elə bilirdik yağan qar deyil, çiçək yağışıdır. Açılış bayram əhval-ruhiyyəsində keçdi. Dahi rəhbər bir-bir şairlərə, yazıçılara söz verdi. Elə bil Ulu Öndər özü də şairləşmişdi. O, Vaqif poeziyası haqqında, onun yaradıcılığı haqqında çox gözəl sözlər dedi. Ümumiyyətlə, Heydər Əliyev poeziyanı çox sevirdi, ədəbiyyatı gözəl bilirdi. Mən də həmin tədbirdə çıxış edib yeni qələmə aldığım “Vaqif” adlı şeir oxudum. Həmin şeirdə belə misralar vardı:
Heykəllər sadəcə əl işi deyil,
Məhəbbət dediyin başqa məramdı.
Dünyadan gedənin gedişi deyil,
Dünyada qalana bir ehtiramdır...
39 il sonra Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyev qalib sərkərdə kimi Şuşaya səfər etdi. Həmin görüntüləri izləyəndə çox kövrəldim. Açılış tədbirini bir daha xatırladım, sanki o günü yenidən yaşadım. Ürəyimdən kövrək bir arzu keçdi ki, kaş yenidən Şuşada Vaqifin məqbərəsinin açılışına gedə biləydim...
Tale mənə bu xoşbəxtliyi nəsib etdi. Mən vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru işləyəndə Vaqif Poeziya Günlərində də iştirak etmişəm. Sonralar mərhum musiqişünas Firudin Şuşunski ilə də getmişəm. O vaxt texnikum tələbələri ilə görüşlər keçirildi, çıxış etdim. Böyük mehmanxananın açılışında oldum. Bu tarixi şəhərlə bağlı xatirələrim çoxdur: İsa bulağı, Cıdır düzü, şəhərin gözəl təbiəti... Şuşa işğal olunandan sonra ona ithaf edilən qəm-kədər dolu bir neçə şeir, “Xarıbülbül” poemasını yazdım.
Amma budəfəki səfər başqa idi. “Zəfər yolu” ilə irəlilədikcə, dolayları qalxdıqca ürəyim riqqətlə döyünür, qəlbim köksümə sığmırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərin azad etdiyi Qarabağın baş tacı olan Şuşa şəhərinə aparan yollar, dağlara qalxan dolaylar, küçələr, evlər, bağlar da sanki illər uzunu onun həsrəti ilə yaşayan doğma adamların gəlişindən sevincək olmuşdu. Qəddar və amansız düşmənin dağıdıb viran qoyduğu, xarabaya çevirdiyi şəhərin yenidən dirçəlib canlanması, ev-ev, küçə-küçə, addım-addım tikilib-qurulması, daha gözəl və daha füsunkar görkəm alması qəlbimi iftixar hissi ilə doldurdu. Hazırda şəhərdə gedən tikinti və quruculuq işləri onun daha abad və gözəl gələcəyindən soraq verir”.
Nəriman müəllim təəssüratlarını belə yekunlaşdırıb: “Vaqifin məqbərəsinin açılışında iştirakım isə unudulmazdır. Özümü çox xoşbəxt hesab edirəm ki, Şuşanın bugünkü növrağını gördüm, bir vaxt mənə yuxu kimi, nağıl kimi gələnlər indi həqiqətə çevrildi. Bu dəfə də çıxış etdim, ürək sözlərimi qalib Sərkərdə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırdım. Ömrümün ixtiyar çağında, yaşımın bu vədəsində böyük şairin yenidən bərpa edilən məqbərəsi önündə çıxış etmək mənim üçün çox böyük bir sevinc, izah olunmaz və unudulmaz bir duyğu idi. Bu çox böyük fədakarlığa, bu çox igidlik, qəhrəmanlıq və vətənpərvərlik nümunəsinə görə Ali Baş Komandana təşəkkür etdim. Əlbəttə, bunlar hamısı onun “dəmir yumruğ”unun sayəsində mümkün oldu. Mənfur düşmənin tar-mar etdiyi, daşı-divarı da söküb bərbad vəziyyətə saldığı yurd yerləri indi gülə-çiçəyə, yaraşıqlı və bənzərsiz guşəyə çevrilir. Şuşa öz məlhəm havası, bal kimi şirin suyu, qənirsiz gözəlliyi ilə möhtəşəmdir, bənzərsizdir! Onun sabahı daha gözəl və daha möhtəşəm olacaq. İndi bunu tarixi şəhərə qədəm basan hər kəs hiss edir. Bu gözəlliyi və möhtəşəmliyi yaşamağa dəyər!”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!