20 Fevral 2026 11:17
417
İQTİSADİYYAT
A- A+
Neftin bahalaşması bazarın geosiyasi proseslərə reaksiyasıdır

Neftin bahalaşması bazarın geosiyasi proseslərə reaksiyasıdır


Cenevrədə keçirilən ABŞ-İran danışıqlarının 2-ci mərhələsində də heç bir nəticə əldə edilmədi. İran nüvə proqramından imtina etməyəcəyini, ABŞ isə İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyini bəyan edir.

AZƏRTAC xəbər verir ki, fevralın 17-dən bu günə (20 fevral) kimi dünya neft bazarı İran ətrafında cərəyan edən geosiyasi proseslərə gərgin reaksiya verərək qiymətləri yüksəldir.

Artıq “Brent” markalı neftin 1 barelinin qiyməti 72,15 dolları ötüb. Son 3 gün ərzində qiymətlər 7 faiz artıb. İtaliyanın “Auqusta” limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,03 ABŞ dolları və ya 2,94 faiz artaraq bir barel üçün 72,78 ABŞ dolları təşkil edib.

Vaşinqtonda Sülh Şurasının ilk toplantısında çıxış edən Prezident Donald Tramp İranla danışıqlar “yaxşı keçir” desə də, hədələməkdən də çəkinməyərək bildirib ki, rəsmi Tehran irəli sürülən şərtlərlə razılaşmasa “çox pis şeylər baş verə bilər”, yəni hərbi əməliyyatlar keçirilər.

“The Wall Street Journal” yazır ki, ABŞ F-35 və F-22 qırıcı təyyarələrlə yanaşı, Yaxın Şərqə “Northrop Grumman MQ-4C Triton” və “B2 Spirit” bombardmançı təyyarələri də göndərib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Körfəz sahillərində ABŞ-nin kəşfiyyatçı təyyarələri müşahidə olunub. Lakin onları İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin radarları qeydə ala bilməyib.

Bunlarla yanaşı “Gerald R. Ford” aviadaşıyıcı gəmi isə İsrail sahillərinə yerləşdirilib ki, onun müdafiəsini gücləndirsin.

“CBS News” kanalı bildirib ki, ABŞ generalları hərbi əməliyyata başlamaq üçün tam hazır olduqları barədə prezidentə məruzə ediblər. Lakin Prezident D.Tramp hələlik qəti qərara qəbul etməyib. İnformasiya məkanında dolaşan bütün bu xəbərlər dünya bazarını ona görə gərgin olmağa vadar edir ki, Körfəzdən və Hörmüz boğazından dünya bazarına hər gün 21 milyon barel neft ixrac edilir ki, bu da ümumi neft bazarının 20 faiz tələbatını ödəyir.

“Goldman Sachs” və “JPMorgan” kimi iri investisiya şirkətlərinin analitikləri hesab edirlər ki, hərbi əməliyyatlar həyata keçirilsə, İran Hörmüz boğazını bağlaya bilər və neftin 1 barelinin qiyməti 150-200 dollara kimi artar ki, bu da Çinin iqtisadiyyatına olduqca böyük zərbə vurar. Çünki Çin karbohidrogen ehtiyatlarına olan tələbatının 50 faizini Körfəz vasitəsilə nəql olunan neftin hesabına ödəyir.

“The New York Times” yazır ki, dünya bazarında neftin qiymətinin artması Rusiya üçün əlverişlidir. Sanksiyalara baxmayaraq Rusiya Çinə, Hindistana və bir sıra iri neft emalı zavodlarına neft sata bilir. Rusiya müharibəni davam etdirmək üçün maliyyə vəsaitinə ehtiyac duyur və qiymətlərin artmasından gəlir əldə etmək şansı qazanır.

Paradoksal vəziyyət yaranıb. Körfəzdəki hərbi əməliyyatlar ABŞ-nin bir rəqibinin zərərinə, digər rəqibinin isə xeyrinədir. Prezident D.Trampın da yekun qərarının gecikməsi məhz bu paradoksun nəticəsidir. Bu vəziyyətdən də neft treyderləri yaxşı istifadə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

NATO təlimində “Bayraktar TB3” ilə “Eurofighter” təyyarələri birgə uçuş nümayiş etdirib

14:54
21 Fevral

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub 

13:17
21 Fevral

Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq  

12:51
21 Fevral

Ölkə üzrə fevral ayının pensiya ödənişi yekunlaşıb

11:23
21 Fevral

DİN ötən gün cinayət törətməkdə şübhəli bilinən 63 nəfəri saxlayıb  

10:49
21 Fevral

Volodimir Zelenski: Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib  

10:47
21 Fevral

Volodimir Zelenski: Müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün imkanlar hələ ki, qalır  

10:46
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!