09 Noyabr 2025 14:29
522
SİYASƏT
A- A+
 Güclü dövlətin güclü də ordusu olur  

 Güclü dövlətin güclü də ordusu olur  


 Azərbaycanın iqtisadi qüdrəti və müzəffər  silahlı qüvvələri ilə dostlarımız da qürur duyur


     Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi parad  Azərbaycan xalqına şanlı Zəfərimizin sevinc və qürurunu bir daha yaşatdı. Uzun müddət  torpaqlarımızı işğal altında saxlayan Ermənistan  və onun arxasında dayanan bəzi dövlətlər işğalçıya siyasi, iqtisadi və hərbi dəstək göstərirdi. Elə düşünürdülər ki, əzəli-əbədi torpağımız olan  Qarabağı və Şərqi Zəngəzuru əlimizdən ala biləcəklər. 

   Tarix, zaman, dövlətimizin və xalqımızın polad iradəsi göstərdi ki, heç bir qəsbkar  Azərbaycan   torpağında bunu edə bilməz. Çünki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  dediyi kimi, bizim  siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi: “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”.

     Bəli, yalnız güclü dövlətin güclü ordusu olur. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi ilk gündən düzgün və məqsədyönlü siyasət yeridərək xalqımızı böyük Qələbəyə doğru apardı.Bu barədə Prezidentimiz bir çox çıxışlarında bəhs edib. Dünənki paradda da həmin fikirlər bir daha vurğulandı:” Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.

      Prezident,  Ali Baş Komandan İlham Əliyev  güclü Azərbaycan və  müzəffər ordu yaratdı.Elə bir ordu ki, onun qarşısında heç bir qüvvə dayana bilmədi, ona heç nə maneə törədə bilmədi:”44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı”.

      Budur, indi sevinclə , qürurla, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyə-diləyə şanlı Qələbəmizin 5 illiyıni qeyd edirik. Ötən bu 5 il ərzində  biz yalnız iftixar hissi keçirməklə kifayətlənməmişik. Bu gün  Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İllərlə öz sahiblərinin nəfəsinə, ayaq izlərinə intizar qalan torpaq da, yurd-yuvası üçün  həsrət çəkən insanlar da indi sevinirlər. Keçmiş məcburi köçkünlər ardıcıllıqla , mərhələ-mərhələ doğma yurda dönürlər. Hərbi paraddakı çıxışında  Prezident İlham Əliyev bunları bir daha vurguladı:” Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq”.

   Bu qürur hissini bizimlə bərabər dost və qardaş ölkələr,xalqlar da keçirir.Təsadüfi deyil ki, dünənki paradda da  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif xalqımızla birlikdə idi.Bir sıra dost və qardaş ölkələrin müdafiə nazirləri də gəlmişdilər.Digər hörmətli qonaqlarımız da vardı.

     Qarabağın azadlığa qovuşmasının  təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyi olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan ölkəmizlə əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın bundan sonra da  davam edəcəyini diqqətə çatdırdı:” Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk.Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarını artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram”.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  isə  paraddakı çıxışını bu sözlərlə tamamladı:”Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!”

Bu, hər birimizin qəlbindən keçən istək və arzudur.



Flora SADIQLI,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

08:05
06 Dekabr

İlham Əliyevin enerji siyasəti

08:00
06 Dekabr

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

20:58
05 Dekabr

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

20:28
05 Dekabr

Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

20:27
05 Dekabr

“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib  

20:11
05 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  

19:51
05 Dekabr

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

19:41
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!