30 İyun 2026 17:33
161
DÜNYA
A- A+
 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər


Məlum olduğu kimi, Prezident Donald Tramp ABŞ-nin müstəqilliyinin 250 illiyini qeyd etmək üçün planlaşdırılan şənliklərə paytaxtdakı Milli Xiyabanda keçirilən mitinqlə başlayıb.Tədbirdə hərbi təyyarələrin uçuşu, hərbi orkestrlərin çıxışı və prezidentin nitqi yer alıb.

"Bu gecə, müstəqilliyimizin 250 illiyinin astanasında dayanarkən bunu elan etməkdən məmnunam: Amerika geri döndü", - deyə Tramp mitinqdə bildirib.

ABŞ-nin əsasını qoyan sənəd - İstiqlal Bəyannaməsi 1776-cı ildə qəbul edildikdən bir neçə gün sonra Filadelfiyada ucadan oxunub. O vaxtdan bəri amerikalılar 4 iyulu ölkələrinin və ideallarının günü kimi qeyd edirlər.

Təxminən bir əsr əvvəl 4 iyul federal bayrama çevrilib. Amerikalı işçilərin əksəriyyəti bu günü ailə görüşləri, yerli paradlar, ziyafət məclisləri və atəşfəşanlıqla keçirərək istirahət edirlər.

Bu il ABŞ ölkənin 250 illiyini layiqincə qeyd etmək üçün rekord qıran atəşfəşanlıq və ölkə daxilində müxtəlif ölçülü  tədbirlər keçirməklə möhtəşəm bir məclis planlaşdırır. İstiqlal Bəyannaməsinin orijinalı Vaşinqtondakı Milli Arxivdə saxlanılır və builki  Müstəqillik Günündə binanın pilləkənlərində izdihama ucadan oxunacaq.  Vaşinqtonda keçiriləcək tədbirlərdə atəşfəşanlıq da olacaq. Budəfəki tədbirin raketlərin sayına görə yeni rekord vuracağı və şəhərin ilk ABŞ prezidentlərinə və müharibə veteranlarına həsr olunmuş mərmər abidələrinin üzərindəki gecə səmasını işıqlandıracağı gözlənilir.

Ölkə bu il 250 illik yubileyini qeyd etdiyi üçün tədbirlər 4 iyuldan sonra  da davam edəcək. Milli Xiyaban Amerika mətbəxini və mədəniyyətini nümayiş etdirəcək "Böyük Amerika dövlət sərgisi" ilə canlandırılacaq. Sərgidə Alyaskadan buz heykəlləri, Havaydan hula rəqsi və Men ştatından xərçəng ruletləri da daxil olmaqla ABŞ-nin 50 ştatını təmsil edən xüsusi ekspozisiyalar nümayiş etdiriləcək. Həmçinin ABŞ Botanika Bağında bütün 50 ştatdan gətirilən güllər sərgilənəcək. Bunlardan əlavə, ölkə daxilində məktəb nəfəsli orkestrlərinin, yerli siyasətçilərin və yerli icmalar tərəfindən  yaradılan platformaların paradları insanları küçələrə çıxaracaq. Digər bayram tədbirləri müxtəlif turnirlərindən tutmuş  sərgilərə, canlı konsertlərdən tarix seminarlarına qədər həm yeni, həm də köhnə Amerika mədəniyyətini əhatə edəcək.

 Yubiley çərçivəsində əsas tədbirlər Vaşinqtonda kulminasiya nöqtəsinə çatacaq. Proqrama rekord sayda atəşfəşanlıq nümayişləri, möhtəşəm dövlət yarmarkaları, musiqi festivalları və xüsusi idman yarışları daxildir.

Bir sözlə, ABŞ-nin 250 illik yubileyi amerikalılar üçün əylənmək və ölkənin təməlini qoyan prinsiplər və onların davamlı dəyəri üzərində düşünmək üçün bir fürsət olacaq.


Rizvan HİLALOĞLU,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!