30 İyun 2026 18:05
137
SİYASƏT
A- A+
Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi feldşer işi ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.

MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə Bakı Hərbi Kollecinin Döyüş bayrağı sıra meydanına gətirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.

Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Ordusunun regionun ən qüdrətli və müasir ordusu olduğunu qeyd edən rektor bu güc və qüdrəti qoruyub saxlamağın və inkişaf etdirməyin ordu quruculuğunun prioritet məsələsi olduğunu bildirib.

General-mayor G. Əbdülov Vətən müharibəsində qazanılan Qələbənin müstəqil fəaliyyət göstərə bilən kiçik bölmələrin çevikliyindən və komandir heyətinin peşəkarlığından asılı olduğunu vurğulayıb.

Bu səbəbdən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasında hərbi kolleclərin təsis edilməsinin böyük məqsədlərə xidmət edən tarixi əhəmiyyətli strateji addım olduğu xüsusi qeyd edilib.

Məzunların adından çıxış edən kurs birinciləri təhsil müddətində yaradılan şəraitə görə ölkə, Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, eləcə də müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Buraxılış mərasiminin proqramına uyğun olaraq məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplom, sertifikat və fəxri fərmanlar təqdim edilib.

Tədrisdə və intizamda fərqlənən məzunlar tərəfindən rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulub, Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə kursantlar hərbi kollecin marşını ifa ediblər.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!