30 İyun 2026 17:21
184
İQTİSADİYYAT
A- A+
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir


Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ARDEA) 2026-cı il sentyabrın 1-dək yerli buğda istehsalçılarından bu il istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən 1-ci, 2-ci və 3-cü sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Təqdim olunan ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Agentlik tərəfindən tədarük zamanı əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək.

Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:

• Səngəçal taxıl elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;

• Gəncə taxıl elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;

• “Agro Dairy” MMC: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 129, tel. 051-232-44-04;

• “Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;

• “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;

• “Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;

• “Həsən Həsənov” f/ş: Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, tel. 050-410-00-01;

• “Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;

• “Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;

• “Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;

• “PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65;

• “SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;

Əlavə olaraq qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq edilir. Belə ki, təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 442s saylı sərəncamında müəyyən edilən 400 manat dövlət tədarük qiymətindən aşağı olduğu halda aradakı fərqin kompensasiya edilməsi məqsədilə sözügedən proqrama qoşulan istehsalçılara tətbiq edilən məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!